Linnaeus-Palme mübadilə proqramı

Azərbaycan Universiteti 2010-cu ildə İsveç Krallığının Lund Universiteti ilə anlaşma memorandumu imzalamışdır. Hazırda Lund Universiteti ilə “Linnaeus–Palme” layihəsi çərçivəsində əməkdaşlığımız davam edir. Hansı ki, bu 9 illik layihə çərçivəsində tələbələrimiz tam pulsuz mübadilə şəkilində İsveçdə təhsil ala bilirlər. Bu əməkdaşlıq layihəsi müəllim-tələbə və təcrübə mübadiləsi, kurikulumun inkişafı, Azərbaycan Universitetinin dərslik təminatına dəstək, beynəlxalq təhsil layihələrində müştərək iştirak, Lund Universitetində ixtisasartırma keçmək və başqa imkanları özündə ehtiva edir. Eyni zamanda Lund Universitetinin tələbələrinin Azərbaycanda, Azərbaycan Universiteti tələbələrinin İsveçdə tədqiqatlar aparması nəzərdə tutulur.

ABUNƏ OL

s52s