Magistratura proqramları

Azərbaycan Universitetinin magistratura proqramlarına qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumi qaydalarla və müsabiqə yolu ilə həyata keçirilir. Təhsil ödənişlidir.

Qəbul imtahanı TQDK tərəfindən iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılır.

Magistraturaya gəbul qaydaları haqqında ətraflı məlumat TQDK-nın rəsmi internet səhifəsində və hər il qəbuldan əvvəl nəşr edilən “Abituriyent” jurnalında əldə edilə bilər.

Azərbaycan Universitetində magistr hazırlığı aşağıdakı istiqamət və ixtisaslaşmalar üzrə aparılır:

  • Kompüter elmləri (İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı)
  • Həyat fəaliyyətinin bütün sahələrində Sosial iş
  • Ədəbiyyatşünaslıq (Xarici ölkə xalqlarının ədəbiyyatı, Amerika ədəbiyyatı)
  • Dilşünaslıq (İngilis dili)

Biznes inzibatçılığı üzrə magistratura proqramlarının (Master of Business Administration - MBA) tədrisi Biznes və iqtisadiyyat fakültəsi tərəfindən aparılır. İxtisasların siyahısı aşağıdadır:

  • Biznesin təşkili və idarə edilməsi (Maliyyə sahəsi üzrə)
  • Biznesin təşkili və idarə edilməsi (Menecment sahəsi üzrə)
  • Biznesin təşkili və idarə edilməsi (Marketinq sahəsi üzrə)
  • İstehsal sferasında mühasibat uçotu və audit
  • Xidmət sferasında mühasibat uçotu və audit

Biznes və iqtisadiyyat fakültəsi tərəfindən Biznes inzibatçılığı üzrə magistratura proqramlarında tədris olunan fənlərin təsvirini BURADAN görə bilərsiniz.

ABUNƏ OL

s52s