Magistratura və doktorantura şöbəsi

Azərbaycan Universitetində ali təhsilin magistratura və doktorantura pilləsində kadrların hazırlanmasının idarə edilməsi, nəzarəti və koordinasiyası Magistratura və doktorantura şöbəsi tərəfindən həyata keçirilir. Magistr hazırlığı 9 ixtisas, doktorant hazırlığı isə 15 ixtisas üzrə aparılır. Hazırda magistratura proqramlarında 63 tələbə təhsil alır. Doktorantların sayı 24, dissertantların sayı isə 42-dir.

Şöbə universitetin magistrant, doktorant və dissertantları ilə bağlı aşağıdakı funksiyaları yerinə yetirir:

  • Şöbəyə daxil olan və şöbədən xaric edilən sənədlərin qeydiyyatının aparılması;
  • İxtisasların dövlət standartlarına uyğunluğunun, işçi tədris planlarının hazırlanmasının və təsdiq olunmasının təmin edilməsi;
  • Tədris yüklərini yoxlanması və kafedralara müvafiq tapşırıqların verilməsi;
  • Qəbul planlarının hazırlanması;
  • Qəbul olunma, xaric olunma, bərpa olunma, təhsil formasını dəyişmə, akademik məzuniyyət verilmə, bir təhsil ilindən digər təhsil ilinə keçmə, təqaüd verilmə haqqında əmrlərin hazırlanması;
  • Tədrislə bağlı bütün statistik məlumatların hazırlanması və aidiyyəti qurumlara göndərilməsi;
  • Dərslərin tədris planına uyğun keçirilməsinin təmin olunması;
  • İmtahanların keçirilməsinə, akademik borcların ləğvinə və dərsə davamiyyətə nəzarət edilməsi;
  • Təlim-tərbiyə prosesində bilavasitə iştirak edilməsi;
  • Protokolların, əmrlərdən çıxarışların və arayışların, eyni zamanda müvafiq sənədlərin hazırlanmasının təmin edilməsi;
  • İmtahan cədvəllərinin hazırlanması, sessiya imtahanlarının, istehsalat təcrübələrinin təşkil edilməsi;
  • Magistrant, dissertant və doktorantların şəxsi işlərinin formalaşdırılması və standartların tələbinə uyğunlaşdırılması, lazım olduqda onlarda müvafiq dəyişikliklərin edilməsi, o cümlədən təltif və intizam tənbehlərinin qeyd edilməsi;
  • Cari saxlanma müddətləri başa çatmış sənədlərin arxivə verilməsinin təmin edilməsi.

Sənədlərin siyahısı

Şöbənin tərkibi
Mahir İbrahim oğlu Talışlı - şöbə müdiri
Nisəxanım Teymur qızı Babayeva – inspektor
Aydan Şahin qızı Əliyeva – şöbə müdirinin köməkçisi

Daha ətraflı məlumat üçün
Azərbaycan Respublikası, Bakı şəhəri
Nəsimi rayonu, Tbilisi prospekti-72
Azərbaycan Universiteti, I tədris binası
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12 (daxili 126)

ABUNƏ OL

s52s