Maliyyə

İxtisasın kodu: 050403
İxtisas qrupu: II
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 3000 AZN

Maliyyə ixtisası tələbəyə bu sahədə peşəkara çevrilmək üçün ilkin texniki - analitik bilik və səriştələr verir. Hazırda yerli və qlobal əmək bazarında beynəlxalq standartlara uyğun təhsil almış maliyyəçilərə ehtiyac çox böyükdür və onlara başlanğıc səviyyədə belə çox yüksək əmək haqqı təklif olunur.

Maliyyə ixtisası Azərbaycan Universitetində Biznes və iqtisadiyyat fakültəsinin tərkibində tədris edilir. Fakültəyə müasir standartlara uyğun gələn maliyyə proqramı qurmaq və tədris etmək üçün dünyanın aparıcı universitetlərində təhsil almış peşəkarlar cəlb edilib və onların apardığı hər bir ixtisas fənni ayrılıqda belə, tələbəyə bazarda yüksək tələb olunan səriştələr aşılayır. Bu səriştələrə yiyələnən məzunların gördüyü işlər qarşılığında peşəkar inkişafı və maliyyə mükafatı da böyük olur.

Bu sahədə karyeranı təkcə maliyyə sektorunda (banklar və sair) deyil, demək olar ki, bütün şirkətlərdə qurmaq mümkündür və şirkətlərin maliyyə mütəxəssisləri bir qayda olaraq aparıcı kadrlar hesab olunurlar. Maliyyə proqramını uğurla tamamlayan tələbə maliyyə üzrə güclü texniki biliyə, problemləri həll etmək, habelə biznes planlarının və hesabatlarının hazırlanması səriştəsinə malik olur. Ümumi biznes səriştələrindən və iqtisadi biliklərdən savayı, tələbə şirkətin maliyyə performansını qiymətləndirməyi və onu təkmilləşdirməyi, habelə maliyyə bazarlarının işini öyrənir və bu istiqamətdə başlanğıc səviyyəli konsultant və menecer kimi formalaşır. Proqram həm də tələbələri dünyanın aparıcı universitetlərində bu sahədə magistratura təhsili almağa hazırlayır, qəbul və qəbul sonrası uğurlu təhsil üçün bütün gərəkli bilikləri formalaşdırır.

Bu ixtisas üzrə ingilisdilli proqramda təhsil alan tələbələrə başlanğıcda 600 saat ingilis dili tədris edilir.

Tədris olunan başlıca fənlər:

  • Sosial psixologiya
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • İqtisadiyyat üçün riyaziyyat
  • İKT-dən istifadə
  • Akademik yazı və tədqiqat
  • Xüsusi məsələlər və həll strategiyaları
  • İnsan coğrafiyası
  • Tənqidi düşüncə
  • İşgüzar ünsiyyət
  • İşgüzar ingilis dili
  • Nitqin inkişafı
  • İnsan resursları idarəetməsi
  • Mühasibata giriş
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Tətbiqi statistika
  • Korporasiya maliyyəsi
  • Marketinq əsasları
  • Əməliyyatlar idarəetməsi
  • Biznesin hüquqi mühiti
  • İdarəetmə mühasibatı
  • Maliyyə hesabatları
  • Beynəlxalq biznes
  • Biznes məlumatların təhlili
  • Ekonometrika biznesdə
  • Kompüter informasiya sistemləri
  • Biznes modelləşdirilməsi
  • Strateji idarəetmə
  • Lider olmaq
  • Korporativ idarəetmə və etika
  • Maliyyə təhlili
  • Sığorta işi
  • Portfelin idarə olunması
  • Beynəlxalq maliyyə

Maliyyə ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s