Maraqlı faktlar

1991-ci il: Azərbaycan Respublikasında təsis olunmuş ilk özəl universitetlərdən Azərbaycan Universiteti (AU) fəaliyyətə başlayıb.
1993-cü il: AU Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınıb, 01 saylı Dövlət reyestrinə qəbul edilib və ona sertifikat verilib.
1994-cü il: AU Planlaşdırma üzrə Avropa Məktəblər Assosiasiyasına (AESOP) üzv olub.
1995-ci il: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli, 72 nömrəli qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınıb.
1996-cı il: AU Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasına (IAUP) üzv olub.
1997-ci il: AU Universitetlərin Beynəlxalq Assosiasiyası (IAU) və Demokratiya üzrə Universitetlər Alyansına (AUDEM) üzv olub.
1997-ci il: Təhsil Nazirliyinin 17 iyun 1997-ci il tarixli 412 №-li əmri ilə Azərbaycan Universitetində magistratura səviyyəsində kadr hazırlığına icazə verilib.
1997-ci il: AU-nun elmi məqalələr jurnalı “İpək Yolu” fəaliyyətə başlayıb.


1998-ci il: Azərbaycan Universiteti Keyfiyyət və Xidmət üzrə “Amerika Qran Pri” sinin qalibi olub.
2000-ci il: AU-nun nəzdində Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsünün (ABA CEELI) dəstəyi ilə Hüquq klinikası yaradılıb. Layihənin əsas məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə praktik hüquqşünasların nəzarəti altında hüquqi biliklərini praktikada tətbiq etmək imkanı yaratmaqdan ibarət olub.
2000-ci il: AU Avropa Ali Təhsil Cəmiyyəti (EHES) və İnstitusional Araşdırmalar üzrə Avropa Assosiasiyası (EAIR) adlı beynəlxalq təşkilatlara üzv olub.
2003-cü il: AU Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış və onun fəaliyyətinə 1003278 saylı lisenziya (qeydiyyat №33) verilib. Lisenziyaya əsasən Azərbaycan Universitetinə həm orta ixtisas təhsili, həm də ali təhsilin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığına icazə verilib.
2004-cü il: AU-da Karyera Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz tələbə və məzunların karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət verərək, onları iş dünyasına hazırlayır.
2006-cı il: AU Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərməyə başlayıb. Tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılıb.
2006-cı il: Avrasiya Hüquqşünaslar Assosiasiyası hüquq sahəsində təhsildə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Universitetini “İlin universiteti” elan edib.
2006-cı il: Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AU TGT) təsis edilib. Təşkilat, ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir.

Ardını oxu..

ABUNƏ OL

s52s