Marketinq

İxtisasın şifri: 050408
İxtisas qrupu: II
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Marketinq çox maraqlı və dinamik prosesdir və özündə daha çox yaradıcı enerji duyan gənc mütəxəssis üçün bu istiqamətdə avanqard təhsil çox uğurlu başlanğıc ola bilər. Azərbaycan Universitetində Marketinq ixtisası Biznes və iqtisadiyyat fakültəsinin tərkibindədir. Burada yerli və qlobal səviyyədə ən müxtəlif seqmentləri təmsil edən müştərilərin tələb və ehtiyaclarının öyrənilməsi, onların məmnunluq parametrlərinin müəyyən edilməsi və ölçülməsi, habelə bazar rəqabətinin təhlili və məhsulun, xidmətin və satış proseslərinin bunlara uyğunlaşdırılması və geniş əlaqələrdən və paylama şəbəkəsindən ibarət portfelin yaradılması öyrədilir.

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsində oxuyan tələbələr yuxarıda sadalananlardan, habelə ümumi biznes səriştələrindən və iqtisadi biliklərdən savayı, qlobal bazarlardakı dinamik prosesləri və onların şirkət perspektivindən təhlilini, reklamı, brend yaradılmasını və təşviqini, məhsul və satış strategiyalarını, habelə marketinqin şirkətin işinin qalan sahələrinə uzlaşdırılmasını praktik şəkildə öyrənir.

Bu sahədə ölkədə ən avanqard proqram və dünyanın aparıcı universitetlərində təhsil almış ən qabaqcıl peşəkarlar tələbələrimizə marketinq üzrə qabaqcıl və praktikada tətbiq oluna bilən və şirkətlər tərəfindən yüksək qiymətləndirilən səriştələr aşılayır. Proqramı uğurla mənimsəyən məzunlar bu istiqamətdə konsultant və başlanğıc səviyyəli menecer kimi formalaşır. Proqram habelə, tələbələri dünyanın aparıcı universitetlərində bu sahədə magistratura təhsili almağa hazırlayır və qəbul və qəbulsonrası uğurlu təhsil üçün bütün gərəkli bilikləri (dil və ixtisas və ümumilikdə biznes üzrə texniki biliklər və analitik səriştələr) formalaşdırır.

Marketinq ixtisası üzrə ingilisdilli proqramda təhsil alan tələbələrə başlanğıcda 600 saat ingilis dili tədris olunur.

Tədris olunan başlıca fənlər:

  • Sosial psixologiya
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • İqtisadiyyat üçün riyaziyyat
  • İKT-dən istifadə
  • Akademik yazı və tədqiqat
  • Xüsusi məsələlər və həll strategiyaları
  • İnsan coğrafiyası
  • Tənqidi düşüncə
  • İşgüzar ünsiyyət
  • İşgüzar ingilis dili
  • Nitqin inkişafı
  • İnsan resursları idarəetməsi
  • Mühasibata giriş
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Tətbiqi statistika
  • Korporasiya maliyyəsi
  • Marketinqin əsasları
  • Əməliyyatlar idarəetməsi
  • Biznesin hüquqi mühiti
  • İdarəetmə mühasibatı
  • Maliyyə hesabatları
  • Beynəlxalq biznes
  • Biznes məlumatların təhlili
  • Ekonometrika biznesdə
  • Kompüter informasiya sistemləri
  • Biznes modelləşdirilməsi
  • Strateji idarəetmə
  • Lider olmaq
  • Korporativ idarəetmə və etika
  • Satış kanallarının idarə olunması
  • İstehlakçı davranışı
  • Məhsul hazırlanması
  • Beynəlxalq marketinq

Marketinq ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s