Menecment

İxtisasın şifri: 050407
İxtisas qrupu: II
Təhsilalma forması və və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Hər bir uğurlu müəssisənin arxasında səriştəli menecment durur. Menecment üzrə qazanılan səriştələr (o cümlədən, insan resurslarının, layihələrin, əməliyyatların və s. idarəedilməsi, habelə biznesin təhlili və modelləşdirilməsi, strateji və taktiki planlarının qurulması və effektiv icrası, liderlik və s.) tələbələrə başlanğıcda daha geniş sahələr üzrə karyera imkanları yaratmaqla bərabər, top-menecmentə gedən karyera yolunda daha tez irəliləmək üçün gərəkli vərdiş və bacarıqlar qazandırır.

Azərbaycan Universitetində menecment ixtisası Biznes və iqtisadiyyat fakültəsinin tərkibində tədris edilir. Burada Menecment üzrə ixtisaslaşan tələbə ümumi biznes səriştələrindən və iqtisadi biliklərdən savayı, menecment elminin müxtəlif aspektlərini və tətbiqlərini öyrənir və başlanğıc səviyyəli konsultant və menecer kimi formalaşır. Burada, tələbələr dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslar üzrə MBA təhsili almaq üçün də lazımi texniki, dil və analitik bilikləri və səriştələri əldə edirlər.

Bu ixtisas üzrə ingilisdilli proqramda təhsil alan tələbələrə başlanğıcda 600 saat ingilis dili tədris olunur.

Tədris olunan başlıca fənlər:

  • Sosial psixologiya
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • İqtisadiyyat üçün riyaziyyat
  • İKT-dən istifadə
  • Akademik yazı və tədqiqat
  • Xüsusi məsələlər və həll strategiyaları
  • İnsan coğrafiyası
  • Tənqidi düşüncə
  • İşgüzar ünsiyyət
  • İşgüzar ingilis dili
  • Nitqin inkişafı
  • İnsan resursları idarəetməsi
  • Mühasibata giriş
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Tətbiqi statistika
  • Korporasiya maliyyəsi
  • Marketinq əsasları
  • Əməliyyatlar idarəetməsi
  • Biznesin hüquqi mühiti
  • İdarəetmə mühasibatı
  • Maliyyə hesabatları
  • Beynəlxalq biznes
  • Biznes məlumatların təhlili
  • Ekonometrika biznesdə
  • Kompüter informasiya sistemləri
  • Biznes modelləşdirilməsi
  • Strateji idarəetmə
  • Lider olmaq
  • Korporativ idarəetmə və etika
  • Menecment elmi və nəzəriyyələri
  • Layihələrin idarə olunması
  • Keyfiyyətin idarə olunması

Menecment ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s