Mövlanə mübadilə proqramı

Mövlana Mübadilə Proqramının məqsədi Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.
Mübadilə Proqramında iştirak etmək istəyən tələbələr xaricdə 1 və yaxud 2 semestr təhsil ala, akademik heyət isə xaricdə minimum 1 həftədan 3 aya qədər tədris prosesində iştirak etməklə proqramdan faydalana bilərlər. Müvafiq olaraq, hər hansı bir ölkənin tələbə və akademik heyəti təhsil almaq və ya tədris prosesində iştirak etmək üçün Türkiyə “Yüksək Öğretim Kurulu” tərəfindən təşkil olunan bu proqramdan faydalana bilərlər.

Mövlanə Mübadilə Proqramından kimlər faydalana bilər?
Türkiyədə (ali təhsil müəssisələri arasında qarşılıqlı Mövlana Mübadilə Protokolu imzalanması şərti ilə) ali təhsil müəssisələrinin rəsmi təhsil proqramlarında qeydiyyatdan keçmiş tələbələr, qarşılıqlı Mövlana Mübadilə Protokolunu imzalayan yerli və ya xarici təhsil müəssisələrində çalışan bütün akademik heyət Mövlana Mübadilə Proqramından faydalana bilərlər.

Mövlana Mübadilə Proqramına dair ərizə üçün tələblər:

  • Tələbələr ali təhsil proqramının assosiativ diplom/subbakalavr, bakalavr, magistr və yaxud doktorantura pilləsində təhsil almalıdırlar;
  • Assosiativ diplom/subbakalavr və bakalavr pilləsində təhsil alan tələbələrin 4 ballıq GPA üzrə orta balı ən azı 2,5 olmalıdır;
  • Aspirantların (Magistr, Doktorant) dördballıq GPA üzrə orta balı ən azı 3.00 olmalıdır;
  • 50% dil üzrə bal + 50% GPA;
  • Assosiativ diplom/subbakalavr və bakalavr pilləsinin I kursunda təhsil alan tələbələr, eləcə də hazırlıq fakültəsi və elmi hazırlıq proqramlarının məzun tələbələri tədrisin birinci semestrində bu proqramda iştirak edə bilməzlər.

Tələblərə uyğun gələn Mövlana Mübadilə Proqramına necə müraciət etmək olar?
Tələbələr müraciət formasını müvafiq qaydada doldurduqdan sonra Azərbaycan Universitetin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

Mövlana Mübadilə Proqramında neçə dəfə və hansı müddətə iştirak etmək mümkündür?
Tələbələr minumum bir və yaxud maximum iki semestr üçün xaricdə təhsil ala bilərlər. Semestr dövrləri təhsil sistemləri nəzərə alınaraq müxtəlif ola bilər, lakin mübadilə dövrü bir ildən artıq ola bilməz. Həmçinin akademik heyət də Mövlana Mübadilə Proqramında iştirak edə bilər. Akademik heyət bir həftədən üç aya kimi xaricdə mühazirə deyə bilər.

Tələbələr Mövlana Mübadilə Proqramında iştirak edən zaman təhsil haqqı ödəməlidirlər?
Mövlanə Mübadilə Proqramı çərçivəsində tələbələr ev sahibi müəssisəsinə heç bir təhsil haqqı ödəmir, bununla belə onlar öz doğma universitetlərinə məcburi təhsil haqqını ödəməyə davam edirlər.

Proqramda iştirak edən tələbələr ev sahibi müəssisəsində keçdiyi kurs/semestri təkrar keçməlidirlər?
Ev sahibi müəssisələrində keçirilmiş dərslər tədris protokolu çərçivəsində rəsmi olaraq əvvəlcədən hesablandığına görə, tələbələr qayıtdıqdan sonra heç bir kurs/semestri təkrar olaraq keçmirlər.

Mövlana Mübadilə Proqramı ərzində təqaüdlər (müddət və şərtlər):

  • Mövlanə Mübadilə Proqramında iştirak edən tələbələr öz doğma ölkələrində digər təqaüd və qrantları qazanmağa davam edirlər və onlar öz müəssisələrində qeydiyyatda olmalıdırlar;
  • Tələbələr yalnız doğma müəssisələrində təhsil haqqını ödəyirlər, onlar ev sahibi müəssisəsinə heç bir təhsil haqqı ödəmirlər;
  • Mövlana Mübadilə Proqramı tələbələrinə ödəniləcək təqaüd məbləği ev sahibi müəssisəsinin həyat standartlarına uyğun olaraq dəyişir;
  • Türkiyə ali təhsil müəssisələrinə digər ölkələrdən gələn tələbələrə qrantlar YÖK tərəfindən müəyyən edilmiş əmsallara əsasən verilir;
  • Təqaüd məbləğinin 70%-i aylıq olaraq ödəniləcək;
  • Tələbəyə çatası olan qrant məbləğinin yerdə qalan hissəsinin ödənişinə gəldikdə isə, onun uğurla başa vurduğu kurslardan yığdığı ümumi kreditlərin sayının tələbənin məcburi kurslardan yığmalı olduğu kreditlərə nisbəti nəzərə alınacaqdır.

Daha ətraflı: http://www.yok.gov.tr/web/mevlana/anasayfa

Tərəfdaş universitetlər

ABUNƏ OL

s52s