Mühasibat bölməsi

Mühasibat bölməsi Azərbaycan Universiteti MMC-nin təsərrüfat əməliyyatlarının kəmiyyət və kеyfiyyət göstəricilərini mövcud qanunvericilikdə müəyyən оlunmuş sənədlər əsasında, pul və miqdar ifadəsində əks еtdirməklə qeydiyyata alır və fasiləsiz nəzarəti həyata kеçirir.

Bölmə cəmiyyətin bütün təsərrüfat əməliyyatlarını tam və ardıcıl оlaraq yalnız sənədlər əsasında həyata kеçirir.

Mühasibat uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun olaraq aparılır.

Bölmə aşağıdakı funksiyaları yerinə yetirir:

  • Cəmiyyətin bütün təsərrüfat əməliyyatları mühasibat hesablarında ikili yazılış üsulu ilə qeydiyyata alınır;
  • Tələbələr (analitik üçot) üzrə gəlirlərin hesablanmasına və vaxtında ödənilməsinə ciddi nəzarəti həyata keçirir;
  • Pul vəsaitlərinin dövriyyəsinin (daxil olmalar və xaric olmalar) vaxtında uçotda əks etdirilməsi və ciddi nəzarətin həyata keçirilməsi;
  • Əmək haqqının (əsas əmək haqqı, məzuniyyət və xidmət müqavilələri) vaxtında hesablanması və ödənilməsi;
  • Əsas vəsaitlərin (daxil olma, xaric olma, amortizasiyanın hesablanması) uçotunun aparılması;
  • Material ehtiyatları (daxil olma, xaric olma) üzrə uçotun aparılması; Xərclərin uçotu (xərcin dövrü və maddələri);
  • Dövlət organlarına (Vergilər Nazirliyi, DSMF, Statistika Komitəsi, Təhsil Nazirliyi) qanunvericiliyə uyğun hesabatların təqdim olunması;
  • Təsişçiyə maliyyə hesabatlarının (aylıq, yarımillik və illik) təqdim olunması (Mənfəət zərər hesabatı, Balans Hesabatı, Pul vəsaitlərinin dövriyyəsi hesabatı, Kapital dəyişikliyi barədə hesabat və s.);
  • Cəmiyyət üzrə illik büdcələrin hazırlanması (yarımillik və illik);
  • Daxil olan müqavilələrin (satış, alış və xidmət) elektron qeydiyyatının aparılması;
  • Alış sifarişlərinin və sifariş formalarının (mal-materiallar, əsas vəsaitlər və xidmətlər) tərtib olunması.

Əlaqə telefonu: (+99412) 431 41 12 (daxili 141)

ABUNƏ OL

s52s