Mübadilə proqramında iştirak edən tələbələr

Azərbaycan Universitetinin tərəfdaş olduğu universitetlərin tələbələri Azərbaycan Universitetində bir və yaxud iki semestr təhsil ala bilərlər.
Biz bakalviriat və magistratura pillələrində müxtəlif kurslar təklif edirik. Siz təhsil aldığınız proqram üçün müvafiq olan kursları seçə bilərsiniz.

Müraciət
Hər tədris ili üçün ərizə qəbulunun son müraciət tarixi payız semestri üçün 30 iyun, qış semestri üçün isə 30 oktyabrdr. Proqrama müraciət edən əcnəbi tələbələr doldurulmuş ərizə formasını tələb olunan digər sənədlər ilə birlikdə e-poçt və ya poçt vasitəsilə təqdim etməlidirlər.

Ərizə qəbulu
Ərizənizin qeydə alınması üçün aşağıdakı sənədlər tələb olunur:
Qeyd: Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.

  • Doldurulmuş ərizə forması
  • Qiymət vərəqinin surəti (Transkript) *
  • İngilis dili biliklərini göstərən sənədin surəti *
  • CV (Curriculum Vitae)
  • Xarici pasportun surəti *
  • Learning Agreement*

*Müraciəti qəbul olunan tələbələr Azərbaycan Universitetinə gələrkən qeyd olunan sənədlərin əslini təqdim etməlidirlər.

Müraciətlərin nəticəsi
Namizədlər müraciətin nəticəsi haqqında poçt vasitəsi ilə məlumatlandırılacaqlar.

Sənədlərin göndəriləcəyi ünvan:
Azərbaycan Universiteti
Beynəlxalq əlaqələr şöbəsi
Nəsimi rayonu, Tbilisi prospekti-72
AZ1102, Bakı, Azərbaycan
Tel: (+99412) 431 41 12/13/16/17
Fax: (+99412) 431 41 18
E-mail: international.office@au.edu.az

ABUNƏ OL

s52s