Mühasibat uçotu və audit

İxtisasın adı və kodu: 050402
İxtisas qrupu: II
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili, ingilis dili
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Mühasibat uçotu və audit ixtisası tələbəyə mühasibat sahəsində bazarda yüksək səviyyədə tələb olunan peşəkara çevrilmək üçün ilkin texniki və analitik bilik və səriştələr verir. Müasir standartlara uyğun gələn mühasibat və audit işi getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayır və bu sahədə müasir səriştələrə yiyələnmiş məzunlar həm ölkədə, həm də beynəlxalq biznesdə uğur karyerasını asanlıqla qururlar. Burada, əmək bazarındakı tələbata uyğun gələ bilmək üçün proqramın müasir standartlar üzərində qurulması çox önəmlidir.

Azərbaycan Universitetində Mühasibat uçotu və audit ixtisası Biznes və iqtisadiyyat fakültəsinin tərkibində tədris olunur. Fakültə tərəfindən Mühasibat uçotu və audit üzrə təklif olunan proqram ölkədə ən avanqard olmaqla yanaşı, həm də bu sahədə xarici təhsilli aparıcı peşəkarlar tərəfindən tədris edilir. Ümumilikdə isə proqram müxtəlif növ bizneslər üzrə fokuslanmaqla ən qabaqcıl mühasibat bilikləri üzərində qurulub.

Azərbaycan Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbə ümumi biznes səriştələri və iqtisadi biliklərdən savayı, maliyyə hesabatlarını hazırlamağı və təhlil etməyi, şirkətin mühasibat işinin optimallaşdırılması üçün tənqidi yanaşmanı və təkliflər verməyi öyrənir və bu istiqamətdə başlanğıc səviyyəli menecer kimi formalaşır; o cümlədən, müəssisənin vergi planlaşdrılmasını, maliyyə təhlilini və auditi, xərclərin təhlilini və onlara nəzarəti, beynəlxalq standartlara uyğun maliyyə hesabatlarının hazırlanmasını, təhlilini və təkmilləşdirilməsini öyrənir.

Proqram habelə, tələbələri dünyanın aparıcı universitetlərində bu sahədə magistratura təhsili almağa hazırlayır və qəbul və qəbul sonrası uğurlu təhsil üçün bütün gərəkli bilikləri formalaşdırır.

İxtisas üzrə ingilisdilli proqramlarda təhsil alan tələbələrə başlanğıcda 600 saat ingilis dili tədris edilir.

Tədris olunan başlıca fənlər:

  • Sosial psixologiya
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • İqtisadiyyat üçün riyaziyyat
  • İKT-dən istifadə
  • Akademik yazı və tədqiqat
  • Xüsusi məsələlər və həll strategiyaları
  • İnsan coğrafiyası
  • Tənqidi düşüncə
  • İşgüzar ünsiyyət
  • İşgüzar ingilis dili
  • Nitqin inkişafı
  • İnsan resursları idarəetməsi
  • Mühasibata giriş
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Tətbiqi statistika
  • Korporasiya maliyyəsi
  • Marketinqin əsasları
  • Əməliyyatlar idarəetməsi
  • Biznesin hüquqi mühiti
  • İdarəetmə mühasibatı
  • Maliyyə hesabatları
  • Beynəlxalq biznes
  • Biznes məlumatların təhlili
  • Ekonometrika biznesdə
  • Kompüter informasiya sistemləri
  • Biznes modelləşdirilməsi
  • Strateji idarəetmə
  • Lider olmaq
  • Korporativ idarəetmə və etika
  • Maliyyə bəyannamələrinin konsolidasiyası
  • Audit işi
  • Maliyyə təhlili

Mühasibat uçotu və audit ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s