Riyaziyyat

İxtisasın adı və kodu: 050501
İxtisas qrupu: I
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili
Təcrübə müddəti: 14 həftə
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Riyaziyyat ixtisası üzrə məzunların peşə fəaliyyətinin əsasən iki istiqaməti var:

  • Riyazi tədqiqatlar yönümlü müəssisələrdə riyaziyyatçı fəaliyyəti
  • Riyaziyyatın tətbiqi ilə bağlı sahələrə nəzarət fəaliyyəti

Bu kadrlar həmçinin mövcud qaydalara riayət olunmaqla orta ümumtəhsil məktəblərində uğurla işləyə bilər, təhsillərini magistratura proqramlarında davam etdirə bilərlər.

Azərbaycan Universitetində Riyaziyyat ixtisası üzrə kadr hazırlığı Riyaziyyat və informatika kafedrası tərəfindən həyata keçirilir. Kafedranın müəllimləri Azərbaycan, Türkiyə, Rusiya və Qərb ölkələrinin aparıcı universitetlərinin məzunlarıdır, müxtəlif xarici elm mərkəzlərində çalışmış və fəaliyyət göstərmişlər.

Azərbaycan Universitetində Riyaziyyat ixtisasının tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq infrastruktur mövcuddur. Bütün kompüterlərdə Təhsil Nazirliyinin standartlarına və tədris olunan fənlərin tələbətına uyğun proqram təminatları quraşdırılıb.

I tədris korpusunda hər birində 24 kompüter olmaqla 4 laboratoriya və hər birində 18 kompüter olmaqla 2 laboratoriya;
II tədris korpusinda isə hər birində 12 kompüter olmaqla 3 laboratoriya var.
Ümumilikdə 9 laboratoriyada 138 kompüter quraşdırılıb, laboratoriyalar müəllimlər üçün notebook və proyektorlarla təhciz olunub. Bütün kompüterlər vahid şəbəkəyə bağlıdır və İnternetə çıxışla təmin olunub.

İxtisas üzrə bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir. Tədris prosesində interaktiv təlim, müstəqil iş, diskussiya, laboratoriya, praktik iş və digər metodlardan da istifadə edilir.
Riyaziyyat ixtisası üzrə bakalavr hazırlığında həmçinin istehsalat və pedaqoji təcrübələr nəzərdə tutulur. Tələbələr müqavilə əsasında elmi-tədqiqat müəssisələri, müvafiq idarə və təşkilatlara, Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinə istehsalat və pedoqji təcrübəyə göndərilir.

Tədris olunan başlıca fənlər:

  • Riyazi analiz – 1
  • Riyazi analiz – 2
  • Riyazi analiz – 3
  • Riyazi analiz – 4
  • Proqramlaşdırma – 1
  • Proqramlaşdırma – 2
  • Analitik həndəsə
  • Cəbr və ədədlər nəzəriyyəsi – 1
  • Cəbr və ədədlər nəzəriyyəsi – 2
  • Fizika – 1
  • Fizika – 2
  • Diferensial həndəsə və topologiya
  • Diferensial tənliklər – 1
  • Diferensial tənliklər – 2
  • Diskret riyaziyyat
  • Ehtimal nəzəriyyəsi və riyazi statistika
  • Variasiya hesabı və optimallaşdırma üsulları
  • Funksiyalar nəzəriyyəsi və funksional analiz – 1
  • Funksiyalar nəzəriyyəsi və funksional analiz – 2
  • Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi
  • Hesablama üsullar – 1
  • Hesablama üsullar – 2
  • Riyazi fizika tənlikləri
  • Nəzəri mexanika

Riyaziyyat ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s