Sosial iş fakültəsi


Sizi Sosial iş fakültəsinin səhifəsində salamlayırıq!

Respublikanın Sosial iş ixtisası üzrə təhsil tarixində Sosial iş fakültəsi (School of Social Work) ilk dəfə Azərbaycan Universitetində yaradılıb. Fakültə 1 yanvar 2015-ci il tarixindən fəaliyyət göstərir.

Fakültənin fəaliyyətə başlamasının əsas məqsədi Sosial iş sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsidir. Fakültə respublikada fəaliyyət göstərən peşəkar sosial işçiləri kadr hazırlığına cəlb etməklə ümumilikdə tədris prosesinin keyfiyyətli təşkilini təmin etmək niyyətindədir.

Fakültənin yaradılması Sosial iş təhsili sahəsindəki bir sıra boşluqların aradan qaldırılmasına da xidmət göstərəcəkdir. Fakültənin qarşısında Sosial iş sahəsində Azərbaycan dilində ədəbiyyat çatışmazlığının aradan qaldırılması, kurikulumun təkmilləşdirilərək ixtisaslaşmış kadr hazırlığına uyğunlaşdırılması, tələbələr üçün təcrübə keçmək prosesinin təkmilləşdirilməsi kimi vəzifələr dayanır. Fakültənin qarşısında duran əsas vəzifələrdən biri də Sosial iş təhsilinin beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmasına nail olmaqdır.

Sosial iş ixtisası Azərbaycan Universitetində 2009-cu ildən tədris olunur. Fakültədə müvafiq ixtisas üzrə 113 tələbə təhsil alır.

Fakültə aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlayır:

Fakültənin heyəti

Burada fəaliyyət göstərən müəllimlərin əksəriyyəti ABŞ-ın və Avropanın aparıcı universitetlərində Sosial iş ixtisası üzrə təhsil almış mütəxəssislərdir. 5 müəllim xaricdə magistratura səviyyəsində Sosial iş təhsili alıb. Onlardan ikisi ABŞ-ın Washington St.Louis Sosial iş Məktəbinin, ikisi Columbia Universitetinin, biri isə Stockholm Universitetinin məzunudur. Müəllimlərdən 4 nəfəri fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Ümumilikdə isə kafedranın müəllimlərinin hər birinin Sosial iş sahəsində praktiki baxımdan dərin təcrübəsi var.

  • Aygün Akif qızı Musayeva - Dekan
  • Aysel Tofiq qızı Qasımova - Dekan müavini
  • Qoşqar Qanvoy oğlu Qarayev - Dekan köməkçisi
  • Firuzə Allahverdi qızı Hüseynova - Müəllim
  • Rəna Oktaedr qızı Məmmədova - Müəllim
  • Ülviyyə Tofiq qızı Mikayılova - Müəllim
  • Sara Xəlil qızı Ağayeva - Müəllim
  • Tünzalə Müslüm qızı Verdiyeva - Müəllim
  • Fuad Rafiq oğlu Dərgahlı - Müəllim
  • Mayis Nəbi oğlu Əliyev - Professor
  • Gülnar Məzahir qızı Alverdiyeva - Müəllim


Fakültənin beynəlxalq əlaqələri
2009-cu ildə Azərbaycan Universiteti ilə İsveç Krallığının Lund Universiteti arasında Sosial iş sahəsində kadr hazırlığını ehtiva edən memorandum imzalanıb. Birgə həyata keçirilən “Linnaeus-Palme” çoxillik layihəsi ilə universitetlər arasında müəllim-tələbə və təcrübə mübadiləsi, kurikulumun inkişafı, Azərbaycan Universitetinin dərslik təminatına dəstək, beynəlxalq təhsil layihələrində müştərək iştirak, Lund Universitetində ixtisasartırma keçmək, birgə tədqiqat layihələri həyata keçirilib.

2013-2016-cı illər ərzində müqavilə çərçivəsində Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan 3 tələbəsi mübadilə proqramında iştirak edərək Lund Universitetində 2 semestr oxuyub. Qarşılıqlı olaraq hər iki universitetdən müəllimlər mübadilədə iştirak edərək ixtisaslaşdığı sahə üzrə Lund Universitetində və Azərbaycan Universitetində mühazirə oxuyub.

2014-cü ildə Türkiyə Respublikasının Mövlanə Mübadilə Proqramı çərçivəsində Hacettepe Universiteti ilə tələbə və müəllimlərin mübadiləsini nəzərədə tutan müqavilə imzalanıb. Bu proqram çərçivəsində Sosial iş fakültəsinin 2 tələbəsi 2014/2015 və 2015/2016-cı tədris illərində Hacettepe Universitetində bir semestr oxuyub.

Fakültə tərəfindən tədris olunan fənlərin qısa təsvirini BURADAN görə bilərsiniz.

Sosial iş ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

Fakültə ilə əlaqə
Azərbaycan Universiteti, I tədris binası
Azərbaycan Respublikası, Bakı şəhəri
Nəsimi rayonu, Tbilisi prospekti-72
Tel: (+99412) 431 41 12 (daxili 125)

ABUNƏ OL

s52s