Tarix

İxtisasın şifri: 050206
İxtisas qrupu: III
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: Azərbaycan dili
Təcrübə müddəti: 14 həftə
Tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 2500 AZN

Azərbaycan Universitetində Tarix ixtisası İctimai elmlər kafedrası tərəfindən tədris olunur. Burada ixtisası yüksək peşəkarlıq səviyyəsində mənimsəyən kadrlar hazırlanır. Tədris planında nəzərdə tutulmuş fənlər üzrə dərslərin və təcrübələrin aparılması, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün kafedranın tərkibinə bu sahədə nüfuz sahibi olan professor və mütəxəssislər cəlb olunub.

Tarix ixtisası üzrə bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir. Tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya, praktik iş və digər metodlardan istifadə edilir.
İxtisasın tədrisində Azərbaycan və ümumdünya tarixinin, tarixi hadisələrin mahiyyətinin, səbəb və nəticələrinin; Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyasının; tarixi şəxsiyyətlərin, ayrı-ayrı sivilizasiya və regionların tarixinin; tarix elminin, tarixi biliklərin inkişaf tarixinin əsas xüsusiyyətlərinin; tarixi mənbələrin növləri, yaranma yolları, onlara tənqidi yanaşma mexanizmlərinin; beynəlxalq münasibətlər sistemi, beynəlxalq münasibətlər tarixi, beynəlxalq qurum və təşkilatlar, onların fəaliyyət mexanizminin və beynəlxalq münasibətlərdə rolunun; dünya xalqları, onların soykökü, yerləşmə arealları, maddi və mənəvi mədəniyyətinin əsas xüsusiyyətlərinin; tarixi tədqiqatların müasir vəziyyəti və perspektivlərinin öyrənilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

Tələbələr həmçinin Azərbaycanın qədim insan məskənləri, ölkə tarixinin müxtəlif dövrlərini əks etdirən tarixi yerləri, muzeylər, tarixi abidələr və s. ilə əyani tanışlıq üçün vaxtaşırı ekskursiyalarda olur, görkəmli tarixçi-alimlər tərəfindən vaxtaşırı aparılan ustad dərslərində iştirak edirlər. Maddi-texniki baza və pedaqoji heyət tələbələrin təkcə peşəkar tarixçi və mütəxəssis kimi yox, həm də yetkin vətəndaş kimi formalaşdırılması üçün səfərbər edilib.
Tarix ixtisası üzrə bakalavr hazırlığında həm də istehsalat və pedaqoji təcrübələr nəzərdə tutulur. Tələbələr müqavilə ilə müvafiq idarə və təşkilatlarda, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində təcrübə keçirlər.

Bu ixtisas üzrə məzun olanlar aşağıdakı bilik və bacarıqlara sahib olacaqlar:

  • Tarix ixtisasının məqsəd və vəzifələrini, digər ixtisas sahələri ilə əlaqəsini, perspektivlərini biləcək;
  • İxtisasla bağlı anlayış və terminlərin mənasını biləcək və tətbiq etməyi bacaracaq;
  • Mədəniyyətlərarası dialoqa hazır olacaq;
  • Azərbaycan mədəniyyətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi bacaracaq;
  • Azərbaycan tarixini dövrlər üzrə mükəmməl biləcək;
  • Azərbaycan Respublikası qarşısında duran mürəkkəb problemlərin həll olunmasında bilik, bacarıq və əldə edilmiş peşə vərdişləri ilə fəal iştirak etməyi bacaracaq;
  • Bəşər tarixinin inkişaf mərhələlərini (qədim dünya tarixi, orta əsrlər tarixi, yeni və müasir tarix) ayrı-ayrı regionların ümumi tarixini (Yaxın və Orta Şərq ölkələri tarixi, Asiya və Afrika ölkələri tarixi və b.) biləcək;
  • Tarix elminin, tarixi biliklərin inkişaf tarixi, tarixi mənbələr və arxiv sənədləri ilə işləməyin əsaslarını biləcək;
  • Türk xalqlarının o cümlədən Azərbaycan türklərinin soykökünü, qoyub getdiyi mədəni irsi dərindən bilib təbliğ etməyi bacaracaq;
  • Arxiv işinin təşkili, arxiv fondlarında sənədlərin və digər vasitələrin saxlanması qaydalarını biləcək;
  • Arxiv sənədlərindən və müxtəlif təyinatlı tarixi mənbələrdən düzgün və səlis istifadə etməyi bacaracaqlar.

Tarix ixtisası üzrə məzun olanlar dövlət idarəetmə orqanlarında, ali məktəblərdə, elmi tədqiqat institutlarında, arxivlərdə, muzeylərdə, mövcud qaydalara riayət olunmaqla orta ümumtəhsil məktəblərində, Azərbaycan tarixinin araşdırılması mərkəzlərində, müxtəlif təhsil və mədəniyyət qurumlarıda, ixtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda və s. işləyə bilər, həmçinin təhsillərini ixtisas üzrə magistratura proqramlarında davam etdirə bilərlər.

Tədris olunan başlıca fənlər:

  • Azərbaycan tarixi
  • Tarixşünaslıq
  • Etnoqrafiyanın əsasları
  • Qədim Şərq tarixi
  • Orta əsrlər tarixi
  • Yeni tarix
  • Müasir tarix
  • Yaxın və Orta Şərq ölkələri tarixi
  • Türk xalqlari tarixi
  • Slavyan ölkələri tarixi
  • Antik tarix
  • Qafqaz tarixi
  • Arxeologiya
  • Antropologiya
  • Tarixi demoqrafiya
  • Beynəlxalq münasibətlər tarixi
  • Dillər tarixi
  • Tarixin tədrisi metodikası

Tarix ixtisasının tədris qrafikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s