Təchizat və təsərrüfat bölməsi

Təchizat və təsərrüfat bölməsi Azərbaycan Universitetinin fəaliyyəti üçün zəruri şəraitin yaradılması, invertar, dəftərxana ləvazimatları, texnika, nəqliyyat, komunal və digər sahələrdə təminat istiqamətində tədbirlər görür. Universitetin inzibati binalarına nəzarəti həyata keçirir.

Bölmənin strukturuna təsərrüfat, təhcizat, nəqliyyat və nəzarətçi xidməti daxildir. Bölmənin əməkdaşlarının say tərkibi 27 nəfərdən ibarətdir.

Təsərrüfat xidməti

  • Təmir, bərpa, tikinti işləri ilə baglı sifariş və təkliflər verir.
  • İcraçı tərəfindən öhdəliklərin yerinə yetirilməsinə nəzarəti təmin edir.
  • Yerinə yetirilmiş işləri və göstərilmiş xidmətləri qəbul edir.
  • İnzibati binaların təmizliyinə nəzarət edir.
  • Elektrik enerjisindən və içməli sudan qənaət rejiminə ciddi riayət olunmasına nəzarət edir.
  • Binanin texniki vəziyyətinin qaydalara uygun olmasına nəzarət edir.

Təchizat xidməti

  • Təchizat işləri ilə baglı sifariş və təkliflər verir.
  • Universitetin təchizat məsələləri üzrə tələbatını təmin etmək məqsədilə müvafiq sirkətlərə sifariş verir.
  • Alınmış malların struktur bölmələrə tələblərinə uygun olaraq bölüşdürülməsi işlərini yerinə yetirir.

Nəqliyyat xidməti

  • Nəqliyyat vasitələrinin daim işlək vəziyyətdə olmasına nəzarət edir.
  • Nəqliyyat vasitələrinin istifadə olunmasına nəzarət edir.
  • Təqdim olunmuş nəqliyyat vasitələrinin sifarişinin yerinə yetirilməsini təşkil edir.
  • Nəqliyyat vasitələrinin dövlət yol polisi orqanlarında qeydiyyatını və sigortasını təşkil edir.

Nəzarətçi xidməti

  • İnzibati binalara və əraziyə nəzarət edir.
  • Qonaqların qeydiyyata alınması işini yerinə yetirir.
  • Daxili nizam-intizam qaydalarına nəzarəti təmin edir.
  • İnzibati binalara giriş-çıxışa nəzarət edir.

ABUNƏ OL

s52s