Tədris şöbəsi

Tədris şöbəsi universitetdə tədris – metodiki işlərin təşkili və əlaqələndirilməsi ilə bağlı məsələlərin təşkili, həmçinin tədrisin keyfiyyət göstəricilərini müəyyənləşdirmək və yüksəldilməsinə nail olmaq məqsədi ilə fəaliyyət göstərir.

Metodiki işlərin təşkili və əlaqələndirilməsi ilə bağlı şöbənin əsas vəzifələri:

  • Təhsil Nazirliyinin ali təhsil müəssisələrinə aid sənəd və materiallarını Universitetin müvafiq strukturlarına çatdırır;
  • Universitet üzrə cari tədris ili üçün akademik təqvimi tərtib edir və bütün struktur vahidlərə çatdırır;
  • Dünyanın nüfuzlu ali məktəblərində tətbiq olunan təhsil proqramları və sillabusları ilə bağlı hər il yeni təklif və tövsiyələr hazırlayır;
  • İxtisas kafedraları ilə birlikdə bakalavriat və magistratura səviyyələri üzrə tədris standartlarına uyğun olaraq tədris planlarını tərtib edir;
  • Müəllimlərin illik tədris yükünün tələbələrin seçimi əsasında formalaşmasına, tədris planlarına uyğunluğuna, yerinə yetirilməsinə nəzarət edir və təsdiqləyir;
  • Dekanlıqlar tərəfindən tərtib olunmuş dərs cədvəllərini, semestrlərin sonunda isə imtahan cədvəllərini tədris proqramları və sillabuslarla müqayisə edir;
  • Dərslərin tədris planlarına uyğun olaraq təşkilinə nəzarət edir;
  • İmtahan cədvəllərini təsdiq edir və məsləhət saatları cədvəllərinin təlimata uyğun hazırlanmasına nəzarət еdir;
  • Kafedralarda tədris olunan bütün fənlər üzrə proqram, dərslik və dərs vəsaitlərinin mövcudluğuna nəzarət edir;
  • Professor-müəllim heyətinin açıq dərslərinin və qarşılıqlı dərs dinləmələrinin qrafikə uyğun həyata keçirilməsinə nəzarət edir, ustad dərslərinin və açıq video dərslərin keçirilməsini təşkil edir;
  • Tədris prosesinin normal keçməsi məqsədilə dekanlıqları, aidiyyatı olan şöbələri və kafedraları lazımi tədris materialları (jurnallar, göndəriş blankları, təqaüd blankları, arayış blankları, tədris saatlarının hesablama cədvəlləri, akademik dərs yükünün bölgüsü cədvəli) ilə təmin edir, dekanlıqlar və şöbələrə təqdim olunan tədris jurnallarını səhifələyir və möhürləyir;
  • Universitet üzrə akademik borcu olan tələbələrin qeydiyyatını aparır, akademik borcların ləğv edilməsi üçün onların müxtəlif fakültərdə yerləşdirilməsinə nəzarət edir;
  • Mövcud Əsasnamənin tələblərinə uyğun olaraq akademik borcu olan tələbələr üçün yay semestrini (III semestr) təşkil edir;
  • İmtahan sessiyalarının və dövlət imtahanlarının keçirilməsini təşkil və nəzarət edir, fakültələrdən imtahanların nəticələri ilə bağlı hesabatları toplayaraq ümumiləşdirir və müzakirəsini keçirir;
  • İmtahan sessiyası bitdikdən sonra yekun hesabatların Təhsil Nazirliyinə vaxtında çatdırılmasını təmin edir;
  • Yekun Dövlət Attestasiyası Komissiyasının (YDAK) sənədlər toplusunu və sədrlərinin hesabatlarını hazırlayıb Təhsil Nazirliyinə təqdim edir;
  • Mütəmadi olaraq tədris ilində planlaşdırılmış dərs yükünün faktiki yerinə yetirilməsinə nəzarət edir;
  • Fənn jurnallarında tədris yüklərinin yerinə yetirilməsinə dair qeydlərin düzgünlüyünə nəzarət edir;
  • Kafedralarda tədris işi ilə bağlı həyata keçirilən nəzəri və praktik işlərin yerinə yetirilməsinə köməklik göstərir;
  • Kafedralar tərəfindən bütün fənlər yeni dərs proqramlarının hazırlanmasına köməklik göstərir;
  • Təcrübə müəssisələri ilə pedaqoji, istehsalat və diplomqabağı təcrübələrin müqavilələrinin bağlanmasını təmin edir, tələbələrin müvafiq müəssisələr üzrə bölgüsünü aparır;
  • Təcrübələrin nəticələrini təlimata uyğun müzakirə edib Elmi Şuraya məlumat verir;
  • Tələbələrə təqdim olunacaq buraxılış işlərinin mövzuları və magistrantlara veriləcək dissertasiya işlərinin mövzuları barədə kafedralardan alınan məlumatları uzlaşdırır;
  • Fakültələrin təqdimatları əsasında hazırlanmış və rektorla razılaşdırılmış DAK sədrlərinin siyahısını Təhsil Nazirliyinə təsdiq üçün göndərir;
  • Universitet rəhbərliyinin təsdiqi ilə növbəti tədris ili üçün müxtəlif ixtisaslar üzrə bakalavriat və magistratura pillələrinə tələbə qəbulunu planlaşdırır və Təhsil Nazirliyinə təqdim edir;
  • Tələbə kontingentinin hərəkəti ilə bağlı aylıq hesabatlar hazırlayır;
  • Auditoriya fondunun fakültələr arasında bölgüsünü aparır və bu fonddan səmərəli istifadə edilməsinə nəzarət edir;
  • Azərbaycan Respublikası Təhsil Nazirliyi və digər nazirlik, təşkilat və orqanlardan daxil olmuş tədrislə bağlı əsasnamə, təlimat, məktub, rəhbər əmrlər və digər sənədləri icraata qəbul edir və onların icrasına nəzarət edir;
  • Tədris prosesi ilə bağlı müxtəlif əmrlərin hazırlanması, məktub və digər lazımi sənədlərin nazirlik və müxtəlif təşkilatlara göndərilməsi funksiyalarını yerinə yetirir;
  • Universitetin daxili akkreditasiyasına nəzəri, metodik və praktiki köməklik göstərir;
  • Təhsil Nazirliyi və digər qurumları tərəfindən tələb olunan hesabatların təşkili, işlənib hazırlanması və həmin qurumlara təqdim olunmasını təmin edir;
  • Ali məktəbin ümumi iş planında tədris şöbəsinə aid nəzərdə tutulan digər məsələləri icra edir.

Tədrisin keyfiyyət göstəricilərini müəyyənləşdirmək və onun yüksəldilməsinə nail olmaq məsələləri ilə bağlı şöbənin vəzifələri:

  • Tələbələrin tədrisin keyfiyyətilə bağlı rəy və təkliflərini öyrənir.
  • Tədris prosesinin güclü və zəif tərəflərini üzə çıxarmaq üçün professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini yoxlayır.
  • Universitetdə tədris prosesinin müasir tələblər səviyyəsində qurulmasına məsul olan əsas funksional qurumlardan monitorinq və qiymətləndirmə üçün əhəmiyyət kəsb edən informasiyaların toplanmasını koordinasiya edir.
  • Vəzifə və tapşırıqların icrası üçün Universitetin tədrislə bağlı bütün şöbələri, həmçinin ayrı-ayrı fakültə və kafedralarla sıx əməkdaşlıq əsasında fəaliyyət göstərir.
  • Universitetin monitorinq və qiymətləndirmə üzrə xüsusi hazırlanmış saytını idarə edir.
  • Tələb olunan nəticələrin əldə edilməsi üçün praktik təkliflərlə çıxış edir.

Şöbə tədrisin keyfiyyət göstəricilərini müəyyənləşdirmək və onun yüksəldilməsinə nail olmaq məsələləri ilə bağlı öz fəaliyyətini üç əsas istiqamət üzrə formalaşdırır:

  • Tədris prosesinə dair informasiyanın toplanması
  • Əldə edilmiş informasiyanın qruplaşdırılması
  • Statistik nəticələrin təhlili

Şöbənin bu istiqamətdə gördüyü işlər:

  • Tədris prosesinin əsas iştirakçılarının rəy və fikirlərinin əldə edilməsi və qiymətləndirmədə nəzərə alınması məqsədilə sorgu-anket formalarının işlənilib hazırlanması və təkmilləşdirilməsi;
  • Universitet üzrə monitorinq və qiymətləndirmənin müxtəlif dövrlər üzrə məlumat bazasını işləyib hazırlanması və qorunmasının təmin edilməsi;
  • Şöbə tərəfindən hazırlanmış məlumat və stastik göstəricilərlə Universitet rəhbərliyini, Elmi Şuranı vaxtında məlumatlandırmaq, hesabat xarakterli çıxışlar hazırlamaq.

Sənədlərin siyahısı

Ali təhsil pilləsinin Dövlət Standartı və Proqramı

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkilinin qaydaları

Tələbənin biliyinin cari qiymətləndirilməsi

Təhsilalanların bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi

İmtahanların təşkili və keçirilməsinin qaydaları

Yay semestrinin təşkilinin qaydaları

Yekun Dövlət attestasiyasının keçirilməsinin qaydaları

Şöbənin tərkibi
1. Qəni Tariyel Seyfəddin oğlu - Şöbə müdiri
2. Cəfərov Elçin Qənbər oğlu – Qiymətləndirmə və monitorinq üzrə mütəxəssis
3. Xəlilova Rübabə Məhəmməd qızı – Baş metodist
4. Hacıyeva Mehriban Yusif qızı – Baş metodist
5. Mayılova Rəhimə Məhərrəm qızı – Metodist
6. Vəliyev Fərda Elşad oğlu – Metodist
7. Bayramova Lale Aydın qızı - Metodist

Əlaqə telefonu: (+99412) 431 41 12 (daxili 117), (+99412) 431 41 12 (daxili 131)

ABUNƏ OL

s52s