Tələbə hekayələri

İntizar Məmmədrzayeva - 637 bal
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, IV kurs
Xaçmaz rayonu 6 saylı tam orta məktəbi bitirmişəm. Cəmi 1 il müddətində repititor yanında hazırlıq keçmişəm. Sınaq imtahanlarında həmişə 500-dən artıq bal toplayırdım və ən yüksək nəticəm 552 olmuşdu. Qəbul imtahanında isə 637 bal toplayaraq Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul oldum.
Azərbaycan Universiteti ilə tanışlığım televiziyada yayımlanan reklam çarxları və xəbərlərdə adının tez-tez çəkilməsi ilə oldu. Bu universitet diqqətimi cəlb edincə başqa mənbələrdən də məlumat əldə etdim. Müraciət etdiyim hər kəs burada təhsilin keyfiyyətindən danışırdı. Bütün sadaladığım və sadalamadığım müsbət təsirlər nəticəsində mən bu gün AU tələbəsiyəm. Keyfiyyətli və müasir metdodlarla yanaşı, səmimi münasibətlər, dinamik tələbəlik həyatı, yeni dostluqlar üçün bütün abituriyentləri Azərbaycan Universitetinə dəvət edirəm.


Nail Sadıqov – 630 bal
Maliyyə (ing), IV kurs
Orta məktəbi İmişli rayonunda bitirmişəm. Hədəf kurslarında 3 illik xüsusi hazırlıq keçmişəm. Sınaq imtahanlarında hər zaman yüksək nəticələr göstərirdim. Kurs müəllimlərinin müsbət rəyi Azərbaycan Universitetini seçməyimdə böyük rol oynadı. Ən böyük arzum isə xaricdə təhsil imkanlarından faydalanmaq idi. Bu səbəbdən ixtisas seçimində Azərbaycan Universitetini 1-ci olaraq yazdım və digər bütün yerləri boş qoydum.
Elə ilk dərslərdən seçimimdə yanılmadığımı anladım. Hazırda IV kurs tələbəsiyəm. Doğru universitet seçdiyim üçün çox sevincliyəm.


Ramin Həsənov – 618 bal
Maliyyə (İng), IV kurs
Orta məktəbi İmişlidə bitirmişəm. 2012-ci ildə qəbul imtahanlarında 618 bal yığaraq dövlət sifarişi əsasında Azərbaycan Universitetinə daxil olmuşam. Hazırda BBA proqramında Maliyyə ixtisası üzrə təhsilimi davam etdirirəm, əlaçıyam və ayda 200 AZN təqaüd alıram.
Hər bir gənc kimi mənim də gələcək planlarım var. Məhz bu planları həyata keçirmək üçün mən ilk növbədə yaxşı mütəxəssis kimi yetişə biləcəyim universitetdə oxumaq istəyirdim. Seçdiyim ixtisasa uyğun universitetləri müqayisə etdikdə AU-nun mənim üçün daha əlverişli olduğunu gördüm. Məlumat almaq istədiyim hər kəs burada təhsilin keyfiyyətindən danışırdı. Dərslərin ingilis dilində olması, universitetin beynəlxalq əlaqələrinin genişliyi, ən əsası da inkişafa meyilliliyi mənim AU tələbəsi olmağım ilə nəticələndi.
Uğurlu karyera üçün sosial fəallığın da əhəmiyyətli olduğunu düşünürəm. Universitet daxilində müxtəlif klub və birliklər fəaliyyət göstərir. Mən də “Student&Business World” tələbə klubunda koordinatorluq edirəm. Seçdiyim universitet ümidlərimi doğruldur.


Tural İlyaslı – 606 bal
Kompüter elmləri, IV kurs
Orta məktəbi Qəbələdə bitirmişəm. 2 il müddətində hazırlığa getmişəm. Məsləhət aldığım insanlar Azərbaycan Universitetində təhsilin olduqca keyfiyyətli olduğunu deyirdilər. İxtisas seçimindən öncə internetdən, sosial şəbəkələrdən, o cümlədən universitetdə oxuyan tələbələrdən də universitet haqqında xeyli məlumat toplamışdım.Təqaüd proqramından da xəbərim vardı. 3-cü sırada yazmışdım və bu universitetin tələbəsi olduğum üçün çox məmnunan. Hazırda III kursda oxuyuram və Azərbaycan Universitetinin bütün ənənələri ilə tanışam.
Çox vaxt mənə “Sən niyə bu universiteti seçibsən” sualını verirlər. Mən də cavab olaraq deyirəm ki, çünki Azərbaycan Universiteti müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlayır. Bütün abituriyentlərə müraciətim budur ki, tələbəyönümlü bu universiteti seçsəniz sizlər də yanılmayacaqsınız. Bütün tələbələrə və tələbə olmaq arzusunda olan hər kəsə uğurlar arzulayıram.


Tural Səlimli – 568 bal
Maliyyə (İng), IV kurs
Qəbələ rayonu Yemişanlı kənd tam orta məktəbini bitirimişəm. 2 il hazırlığa getmişəm. Sınaq imtahanlarında 500-600 arası bal yığırdım, maksimum nəticəm isə 688 olmuşdu. Doğrusunu desəm, özəl universitetə qəbul olmaq istəmirdim. İxtisas seçimi ərəfəsində müəllimlərimlə söhbət əsnasında Azərbaycan Universiteti haqqında müsbət fikirlər eşitdim. Müəllimlərimdən biri aşağı balla AU-ya qəbul olan bir tələbənin həm universitetdəki təhsil, həm də müəllimlərin səviyyəsindən razı olduğunu dedi. Bir az araşdırdım və belə nəticəyə gəldim ki, AU hətta dövlət universitetlərinin çoxundan üstündür. Məni buraya yönləndirdiyi üçün müəllimimə təşəkkür edirəm.
İngilis dilində təhsil, təcrübəli və savadlı müəllim heyəti, tələbələri aktivliyə ilhamlandıran mühit... Kurs müəllimlərimin o vaxt dedikləri hər şey özünü doğrultdu. Belə yüksək səviyyəli təhsilin müqabilində oxumamaq “günah”dır. Bütün dərslərimi yaxşı oxumağa böyük səy göstərirəm.
Təkcə oxumaq mı? Xeyr! Zamanla universitetdaxili müxtəlif maraq qruplarına qoşuldum, aktiv, sosial bir gəncə çevrildim. Seçimimə görə həqiqətən xoşbəxtəm. Təşəkkürlər, Azərbaycan Universiteti!


Elvin Yusifov – 453 bal
BBA Maliyyə, III kurs
Masazır qəsəbəsi, 2 saylı tam orta məktəbi bitirmişəm. Qəbul imtahanında 453 bal toplayaraq Azərbaycan Universitetinin Biznes Məktəbinin Maliyyə ixtisasına qəbul olmuşam.
Xüsusi müəllimlərlə 2 il hazırlıq prosesi keçdim və sınaq imtahanlarında müəllimlərin köməyi ilə yüksək nəticələr göstərdim. Doğrusu özəl bir universitetdə oxumaq istəmirdim. Amma internetdən və qohumlarımdan aldığım müsbət informasiyalar məni Azərbaycan Universitetinə yönəltdi. Daha dərin araşdırdığım zaman gördüm ki, keyfiyyətli təhsilinə görə Azərbaycan Universiteti bir çox dövlət universitetlərindən də üstündür. Bu xusisiyyəti və universitetə yüksək balla daxil olanlara, həmçinin imtahanlarda yüksək nəticə göstərənlərə təqaüdlər verilməsi mənim bu gün bu təhsil ocağının tələbəsi olmağım üçün əsas oldu.


Bahaddin Süleymanov – 471 bal
Mühasibat uçotu və audit, IV kurs
Orta məktəbi Zaqatala rayonunda bitirmişəm. 2 illik hazırlıq dövründə sınaq imtahanlarında hər zaman yaxşı nəticələr əldə edirdim. Adətən 400-500 bal aralığında bal toplayırdım və ən yüksək nəticəm 501 olmuşdu. Qəbul imtahanında isə 467 bal topladım və Azərbaycan Universitetinə İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasına daxil oldum.
Azərbaycan Universitetini müəllimlərim mənə tanıdıb və məsləhət görüblər. Müəllimlərim burada təhsilin yüksək səviyyədə olduğunu və bir çox universitetdən daha üstün olduğunu deyirdilər. Oxuduğum dövrdə onların fikirləri və mənim ümidlərim özünü doğrultdu.
Azərbaycan Universitetini seçməyimdə mənə stimul verən, yol göstərən müəllimlərimə öz təşəkkürümü bildirir, bu universitetdə təhsil alan tələbə yoldaşlarıma uğurlar arzulayır, abituriyentləri isə buraya dəvət edirəm.


Şəmsi Rəsulov – 461 bal
Mühasibat uçotu və audit, IV kurs
Orta məktəbi Mingəçevir şəhərində bitirmişəm. 2 il müddətində hazırlığa getmişəm. Bu dövrdə sınaq imtahanlarında əldə etdiyim nəticələr 360-440 bal arasında olub. Yorucu hazırlıq müddətində yüksək bal yığmaq hər abituriyent kimi mənim də arzum olub. Qəbul imtahanında topladığım 461 bal isə mənim ən yüksək nəticəm oldu.
Azərbaycan Universitetini seçməkdə isə mənə qardaşım yardımçı olub. Universitetdə oxuduğum ilk günlərdə çox həyəcanlı idim. Keçən 4 il ərzində gərək təhsil, gərəksə də təcrübədə çox şey qazandım. Buna görə də Azərbaycan Universitetinin kollektivinə minnətdaram.


Elnarə İskəndərova – 520 bal
Xarici dil (İngilis dili müəllimliyi), IV kurs
Universitetə hazırlıq dövründə ətrafdan eşitdiyim müsbət fikirlər Azərbaycan Universitetini birinci yerdə yazmama səbəb oldu. Bu təhsil ocağının tələbəsi olduğum üçün fəxr edirəm, çünki həm bizə peşəkar müəllimlər dərs keçir, həm də imtahanların keçirlməsi və tələbələrin biliyinin qiymətləndirilməsi tam şəffaf formada həyata keçirilir. Səmimi müəllim-tələbə münasibətləri var. İmtahanlarda yaxşı nəticə göstərən tələbələr daxili təqaüd proqramlarından yararlana bilirlər. Peşəkar kadr kimi yetişmək istəyən bütün abituriyentləri Azərbaycan Universitetinə dəvət edir və bu yorucu dövrdə hər kəsə uğurlar arzulayıram.


Arzum İbrahimova – 548 bal
Xarixi dil (İngilis dili) müəllimliyi, IV kurs
Universitetə qəbul olmaq həyatımın arzusu idi və bunun üçün çox böyük səylə çalışdım. 548 bal topladığımı öyrənəndə sevincimin həddi-hüdudu yox idi. İxtisas seçimində 15 universitet yazmışdım, tam seçimi təsdiqləyirdim ki, bacım son anda Azərbaycan Universitetini də yazmağımı istədi və mən onunla razılaşdım. Bu son anda verilən qərar qismətim imiş. Azərbaycan Universitetinin İngilis dili müəllimliyi ixtisasına dövlət sifarişi ilə qəbul oldum.
Əvvəllər çox qınandım, niyə yüksək balla dövlət yox özəl universitet seçmişəm deyə?! Amma mən çox xoşbəxt idim, özümdən və universitetimdən çox şey gözləyərək heç kimin neqativ fikirlərinə qulaq asmadım. Nəticədə hazırda IV kurs tələbəsiyəm, zərbəçiyəm, universitetim məni və mənim kimi bir çox tələbənin zəhmətini dəyərləndirib təqaüd verir. İstənilən halda bu, tələbəni oxumağa həvəsləndirən ilk özəl universitet tərəfindən tətbiq edilən çox ağıllı stragediyadır.
Azərbaycan Universiteti mənə həyatımda uğurlu açar rolu oynayıb deyə bilərəm. Şəffaf və keyfiyyətli tədris mühiti və prosesi, rəhbərliyinin tələbələr ilə münasibəti, güvən hissi mənə inanılmaz həvəs verir, universitetimi sevdirir. İndi bir vaxtlar məni seçimimə görə qınayan yaşıdlarımla təhsil səviyyəmi heç müqayisə belə etmək istəmirəm!


Təbriz Cəfərquliyev – 462 bal
Marketinq, IV kurs
İxtisas seçimi dövründə Azərbaycan Universiteti haqqında məlumat toplayanda əsasən şəffaf təhsil mühitinə nail olunması diqqətimi çəkdi. Məhz bu xüsusiyyəti məni Azərbaycan Universitetinə yönləndirdi və marağımı daha da artırdı.
Təhsil aldığım dövrdə isə artıq özünəməxsus ənənələri olan və ölkə təhsilində fərqlənməyi bacaran təhsil müəssisəsi olduğunun şahidi oldum. Universitetim daim yenilənir və inkişaf edir, tələbələr üçün daim yeni imkanlar yaradılır. Peşəkar kadr kimi yetişmək istəyən gənclər üçün burada hər imkan və şərait var. Abituriyentlərə müraciətim budur ki, axtardığınız universitet məhz budur, Azərbaycan Universiteti!


Nərminə Əmrahova - Magistratura
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş
Меня зовут Нармина Амрахова. Мне 23 года. Я являюсь первым магистром Университета “Азербайджан” по специальности “Социальная работа”. Поступив в 2013 году на бесплатной основе, я каждый месяц получала стипендию в размере 205 манат. В этом году я завершаю свою учебу с отличием.
Степень бакалавра я получила в Академии Государственного Управления при Президенте Азербайджанской Республики по специальности “Политология”. Если честно, то степень магистра я так же хотела получить в государственном вузе. Но поступив в Университет “Азербайджан”, я полностью поменяла свое мнение о частных вузах. Теперь я могу с уверенностью сказать, что горжусь, что получила степень магистра именно в этом университете.
На мой взгляд, главный плюс нашего университета - профессиональный педагогический состав. На нашей кафедре просто великолепные преподаватели! Я у них очень многому научилась. Хочу особо отметить Рену Мамедову, Гызылгюль Аббасову, Тюнзале Вердиеву, Рабиля Мехтиева, Сеадет Мамедову, которые сделали мою учебу в университете намного интересней и насыщенней. Спасибо вам за эти два года!


Nərmin Qasımova - MBA
İstehsal sferasında mühasibat uçotu və audit
Mən əslində Turizm və otelçilik ixtisası məzunuyam. IV kurs tələbəsiykən əvvəl tərəddüd etsəm də, daha sonra təhsilimi MBA proqramında davam etdirmə qərarı aldım. Son qərarı verməzdən əvvəl MBA proqramının hansı universitetlərdə tədris edildiyi ilə maraqlandım. Siyahıda Azərbaycan Universitetinin də olması diqqətimi cəlb etdi. Çünki bu universitetin uğurları və tətbiq edilən yeniliklər haqında daim mətbuatda xəbərlər dərc olunurdu. Universitet məzunlarının da böyük uğurlara imza atmış olmaları məni AU-ya yönləndirdi. Ailəm, müəllimim və mənim birgə qərarımızla Azərbaycan Universitetini seçdim.
Buraya gəldiyim ilk gündən seçimimdə qətiyyən yanılmadığımı başa düşdüm. Yüksək standartlara cavab verən təhsil sistemi, müasir tədris və təlim mühiti, müəllim-tələbə münasibətləri və s. burada oxuyan hər kəsin peşəkar mütəxəssis kimi formalaşmasına xidmət edir. Təhsilin keyfiyyətini daim yüksək tutmaq üçün hər cür imkan yaradılır, müəllim heyətini doğru seçməklə tələbələrin əmək bazarının tələblərinə uyğun bilik və vərdişlərə yiyələnmələri üçün effektiv yollar axtarılır. Magistratura təhsilimi məhz burada davam etdirdiyim üçün özümü çox şanslı hiss edirəm.


Şənay Mehdiyeva – MBA
Maliyyə sahəsi üzrə biznesin təşkili və idarə edilməsi
MBA proqramı üzrə məhz Azərbaycan Universitetini seçməyimin üç səbəbi var:
1. Bu universitetdə tələbənin biliyinin qiymətləndirilıməsi tam şəffaf şəkildə həyata keçirilir, yeganə meyar bilikdir. Mənim üçün əsas olan da məhz bu xüsusiyyətdir. Bu faktın doğruluğunu yoxlamaq üçün seçim etməzdən əvvəl universitetin Facebook səhifəsində tanımadığım bir çox tələbədən dərslər və imtahanlar barədə məlumat aldım. Çox sağ olsunlar, hər kəs aydın və konkret cavab verirdi.
2. İkinci səbəb Azərbaycan Universitetində təhsil haqqının və ödəmə şərtlərinin mənə uyğun olması idi. İlkin olaraq bir miqdar ödəniş etdim və müqavilə bağladım. Qalan məbləği isə daha sonra il ərzində ödədim.
3. Üçüncü səbəb isə Azərbaycan Universitetində dərs keçiləcək binanın şəhərdə yerləşməsi oldu. Çünki mən həm də işləyirəm. İşdən çıxandan sonra dərsə rahat şəkildə çata bilirəm.


Çinarə Səfərli – MBA
İstehsal sferasında mühasibat uçotu və audit
Coğrafiya fakültəsi məzunuyam. MBA proqramını muhasibatlıq sahəsinə marağımın olduğu üçün seçmişəm. Azərbaycan Universitetini seçməyimə səbəb isə ilk növbədə MBA proqramında ingilisdilli təhsil ilə yanaşı, Azərbaycandilli proqramların da olmasıdır.
Universitetdə oxuduğum müddətdə isə müəllim və rəhbər işçilərin tələbə və magistrantlara olan səmimi münasibəti, tələbənin kimliyindən və bilik səviyyəsindən asılı olmayaraq eyni münasibətin qorunub saxlanması, quiz və imtahanlarda ədalətli qiymətləndirmələr, dərslərin tədrisi metodikası seçimimdə qətiyyən yanılmadığımı göstərdi. Daxili təqaüd proqramının tələbələr ilə yanaşı magistrantlara da şamil olunması ayrıca sevindirici haldır.


ABUNƏ OL

s52s