Tələbələrin dil hazırlığı

Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, Marketinq, Menecment ixtisaslarına qəbul olmuş tələbələr birinci tədris ilində ingilis dili hazırlığı keçir, tətbiq olunan xüsusi proqram vasitəsilə ingilis dilini mükəmməl şəkildə öyrənirlər.

Azərbaycan Universitetində tələbələrin ingilis dili hazırlığı Xarici dillər kafedrası tərəfindən həyata keçirilir. Fakültənin Azərbaycan bölməsinə ingilis dilinin tədris olunması da kafedraya həvalə olunmuşdur.

Dil hazırlığının əsas məqsədi tələbələrə İngilis dilinin tədris olunması, onların bu sahədə oxu, yazı, dinləmə və danışıq qabiliyyətlərinin inkişafının təmin edilməsidir. Burada həmçinin akademik yazının əsas qaydalarının öyrədilməsinə, oxuma və analiz etmə qabiliyyətinin inkişafına xüsusi diqqət yetirilir və İngilis dilində təqdimatların hazırlanması, ərizə formalarının doldurulması, e-maillerin və rəsmi məktubların düzgün yazılışı tələbələrə öyrədilir.

İngilis dilinin tədrisi ilə yanaşı təhsilin və təlimin motivasiyalı və interaktiv mühitdə aparılması, hər bir tələbənin intellektual, savadlı, mədəni və mənəvi bir fərd kimi inkişafına nail olmaq da əsas hədəflər sırasındadır.

Proqrama başlamazdan əvvəl tələbələrin ingilis dilindən bilik səviyyəsini yoxlamaq üçün imtahan keçirilir və topladıqları bala əsasən ingilis dili kursuna Foundation course , Elementary səviyyələriylə başlayırlar.

Proqramın tədrisi aşağıdakı səviyyələr üzrə aparılır:

  • Foundation course
  • Elementary course
  • Pre-intermediate course
  • Intermediate course
  • Upper Intermediate course

Tədris prosesində İngilis dilinin 3 əsas komponenti - Oxu/yazı, qulaq asma/danışma və qrammatika fərqli tədris vəsaitlərindən istifadə etməklə tədris olunur. Təlim və tədrisin daha yaxşı təşkili və mənimsənilməsi üçün nümunəvi dərslər verilir, müasir texniki vasitələrdən səmərəli istifadə olunur.

İngilisdilli proqramları seçən tələbələr üçün İngilis dili hazırlığı prerekvizit əhəmiyyət daşıyır.

Xarici dillər-2 kafedrası tərəfindən Biznes və iqtisadiyyat fakültəsinin Azərbaycan bölməsinə İngilis dili fənni aşağıdakı 4 səviyyədə tədris olunur:

  • Foundation course
  • Elementary course
  • Pre-intermediate course
  • Intermediate course

Kafedra rəhbəri və müəllimlər bir komanda olaraq dil hazırlığı proqramının daha uğurlu, qabaqcıl və öyrədici olması üçün daim axtarışlar aparır, yeni ideyalar təklif edir və proqramın daha da inkişafına çalışırlar.

ABUNƏ OL

s52s