Tələbələrlə iş şöbəsi

Tələbələrlə iş şöbəsi 1993-cü ildə yaranmışdır. Şöbə Universitetə qəbul olmuş tələbələrin uçotunu, onlarla əlaqədar sənədləşmə prosesini aparan struktur bölmədir.

Tələbə şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, Universitetin Nizamnaməsini, Elmi şuranın qərarlarını rəhbər tutur.

Tələbələrin qeydiyyatı, onlarla bağlı statistik analiz işləri, tələbələrin bütün sənədləşmə işləri (tələbələrin bərpası, xaric edilməsi, köçürülməsi və.c), tələbələr haqqında bütün əmrlərin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə daxil edilməsi şöbə tərəfindən aparılır.

Tələbələrlə iş şöbəsinin nəzdində kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə “Tyutor xidməti” (akademik məsləhətçilər) fəaliyyət göstərir.

Şöbə universitetin tələbə kontingenti ilə bağlı aşağıdakı işləri yerinə yetirir:

  • Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə bakalavriat və magistratura pillələri üçün sənəd qəbulunun təşkili və aparılması;
  • Azərbaycan Universitetinin bakalavr və magistr pilləsinə qəbul olanların şəxsi işlərinin hazırlanması, qeydiyyata alınması, əmrləşdirilməsi və təhsil aldığı müddət ərzində sənədlərin saxlanılması;
  • Tələbə biletlərinin hazırlanması, yazılması və tələbələrə verilməsi;
  • Universitetə köçürülən tələbələr üçün akademik arayışların hazırlanması, verilməsi və qeydiyyata alınması;
  • Respublika Dövlət Statistika Komitəsinə və Təhsil Nazirliyinə qəbul haqqında rəsmi statistik hesabatların hazırlanması;
  • Universitetə bərpa olunanların sənədlərinin hazırlanması və qeydiyyata alınması;
  • Təhsil Nazirliyinə diplom blankları üçün sifarişlərin verilməsi, alınmış diplomların təyinatı üzrə yazılıb qeydiyyata alınaraq təqdim edilməsi;
  • Universiteti bitirən məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi;
  • Universitetdən xaric olunan və yaxud başqa universitetə köçürülən tələbələrin sənədləşdirmə işlərinin hazırlanması;
  • Tələbələr haqqında elektron məlumat bankının hazırlanması;
  • Tələbələrin verdiyi imtahanların nəticələri üzrə elektron bankın yaradılması;
  • Tələbələrin kredit vərəqələrinin hazırlanması və onlara təqdim olunması;
  • Tələbələrin transkriptlərinin hazırlanması və onlara təqdim olunması;
  • Diploma əlavələrin hazırlanması;
  • Qiymət cədvəlinin surətinin çıxarılması və əslinin dekanlığa təhvil verilməsi kimi vəzifələri icra edir.

Tyutor xidmətinin fəaliyyətinə daxildir:

  • Tələbələrin hüquqlarını və akademik maraqlarını qorumaq;
  • Tələbələri “Kredit sistemi” ilə bağlı maarifləndirmək və universitetin tədris prosesi ilə tanış etmək;
  • Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər vermək;
  • Tələbələrin fərdi tədris planlarının qəbulunda və ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak etmək;
  • Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına kömək etmək;
  • Tələbələrin mobilliyinin təmin olunmasına köməklik göstərmək;
  • Tələbələri məlumatlandırma prosesini həyata keçirmək məqsədilə fənn jurnallarında tələbələrin əsas göstəricilərinə (davamiyyət və fəallıq balları, kollokvium qiymətləri və s.) nəzarət;
  • Yay semestrinin təşkilində iştirak etmək;
  • Zəruri hallarda tələbələrin akademik göstəriciləri ilə bağlı onların valideynlərini məlumatlandırmaq;
  • Tələbələrə təhsil ödənişlərində güzəşt üçün formalaşdırılmış “Güzəşt komissiyası”na yazılan ərizələrinin qeydiyyata alınması və təqdim etdikləri sənədlərin yoxlanılması.

Sənədlər

Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalar

Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə

Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi

Şöbənin tərkibi
1. Məmmədova Həlimə Əjdər qızı - Şöbə müdiri
2. Novruzov Yusif Əlinağı oğlu – Baş metodist
3. Axundova Məlahət Aydın qızı – Metodist
4. Hacıyeva Səadət Vəli qızı – Tyutor
5. Sadiqova Elzadə Rəhim qızı – Tyutor
6. Nüsrətli Əsmər Elşən qızı – Tyutor
7. Aslanova Aynur Zafir qızı - Tyutor

Əlaqə telefonu: (+99412) 431 41 12 (daxili 113)
I tədris binası Tyutor xidməti: (+99455) 220 40 38
II tədris binası Tyutor xidməti: (+994 12) 430 51 79 (Daxili 111)

ABUNƏ OL

s52s