Təqaüdlərin statistikası

2015/2016-cı tədris ilinin yaz semestri
2015/2016-cı tədris ilinin yaz semestrində “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı”ndan fevral-avqust ayları ərzində ümumilikdə 64 tələbə faydalanıb. Proqramın tələbələrini qarşılayan 14 tələbəyə aylıq 200, 5 tələbəyə aylıq 100, 44 tələbəyə aylıq 75, 1 tələbəyə isə aylıq 50 manat miqdarında təqaüd təyin olunub. Onlardan 49 nəfəri bakalvariat, 15 nəfəri isə magistratura pilləsində təhsil alır. Bakalavriat tələbələrindən 26 nəfəri Humanitar fənlər fakültəsinin, 13 nəfəri Biznes və iqtisadiyyat fakültəsinin, 8 nəfəri Sosial iş fakültəsinin, 2 nəfəri isə İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələridir. Təqaüdlər qış imtahan sessiyasının nəticələrinə əsasən təyin olunub.
Universitetin 22 tələbəsi isə yaz semestrində dövlət təqaüdü alacaq. Bu tələbələrin əksəriyyəti həm də daxili təqaüd proqramının şərtlərini qarşıladıqları üçün ikili təqaüd alırlar.

2015/2016-cı tədris ilinin payız semestri
2015/2016-cı tədris ilinin payız semestrində Azərbaycan Universitetinin 50 tələbəsinə Daxili Təqaüd Proqramı çərçivəsində təqaüd təyin olunub. Onlardan 46 nəfəri ödənişli əsaslarla təhsil alır, 4 nəfəri isə dövlət sifarişi əsasında oxuyur və ikili təqaüd alır.
Proqrama əsasən sentyabr-yanvar ayları ərzində 8 tələbə 200 manat, 3 tələbə 100 manat, 36 tələbə 75 manat, 3 tələbə isə 50 manat aylıq təqaüd olmaqla proqramdan faydalanır. Tələbələrdən 40 nəfəri bakalavriat, 10 nəfəri isə magistratura pilləsində təhsil alır. Bakalavriat tələbələrindən 7 nəfəri Sosial iş fakültəsinin, 4 nəfəri İqtisadiyyat və idarəetmə fakültəsinin, 9 nəfəri Biznes fakültəsinin, 20 nəfəri isə Humanitar fənlər fakültəsinin tələbəsidir.


2014/2015-ci tədris ilinin yaz semestri
2014/2015-ci tədris ilinin yaz semestrində 21-i magistratura, 68-i isə bakalavriat pilləsində olmaqla Daxili Təqaüd Proqramından faydalananların sayı ümumilikdə 89-dur. Təqaüdlərin miqdarı tələbələrin orta akademik müvəffəqiyyət göstəricisi və payız semestrinin nəticələri əsasən müəyyənləşdirilib. Humanitar fənlər fakültəsi üzrə 33, Biznes fakültəsi üzrə 16, Sosial iş fakültəsi üzrə 14, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə isə 5 tələbə təqaüdə layiq görülüb. Magistratura pilləsində təhsil alanlardan 16-sı BBA proqramlarının, 5-i isə milli magistratura proqramlarının tələbəsidir.
Yaz semestrində 2015-ci ilin fevral-iyun ayları üçün 8 tələbəyə 200 AZN, 3 tələbəyə 105 AZN, 6 tələbəyə 100 AZN, 60 tələbəyə 75 AZN, 12 tələbəyə isə 50 AZN miqdarında aylıq təqaüd təyin edilib.

2014/2015-ci tədris ilinin payız semestri
2014/2015-ci tədris ilinin payız semestrində 15.09.2014-31.05.2015 tarixləri arasında 62 tələbəyə proqram çərçivəsində təqaüd təyin edilib. Onlardan 21-i universitetə qəbul balına görə, 41-i isə təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanıblar.
Payız semestrində təqaüdə layiq görülən tələbələrdən 57-si bakalavriat, 5-i magistratura pilləsində təhsil alır. 4 tələbə 200 AZN, 1 tələbə 100 AZN, 1 tələbə 85 AZN, 39 tələbə 75 AZN, 1 tələbə 55 AZN, 16 tələbə isə 50 AZN aylıq təqaüd alıb.


2013/2014-cü tədris ilinin yaz semestri
2013/2014-cü ilin yaz semestrində 31.01.2014-cü il tarixindən 30.06.2014-cü il tarixləri arasında proqram çərçivəsində 75-i bakalavriat, 5-i isə magistratura pilləsində olmaqla 80 tələbəyə təqaüd təyin edilib. Təqaüd proqramından faydalananların 8-i Biznes, 15-i Humanitar fənlər, 44-ü iqtisadiyyat və idarəetmə, 8-i isə Sosial iş fakültəsinin tələbəsidir. Proqram çərçivəsində 3 tələbəyə 200 AZN, 23 tələbəyə 100 AZN, 10 tələbəyə 75 AZN, 44 tələbəyə isə 50 AZN məbləğində aylıq təqaüd təyin edilib.

2013/2014-cü tədris ilinin payız semestri
2013/2014-cü tədris ilinin payız semestrində 15.09.2014-31.01.2014-cü il tarixləri arasında Daxili Təqaüd Proqramından 23 tələbə yararlanıb. 2 nəfər aylıq 200 AZN, 1 nəfər aylıq 100 AZN, 20 nəfər isə aylıq 50 AZN təqaüd alıb. Təqaüdə layiq görülən tələbələrdən 3-ü Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 6-sı Tarix müəllimliyi, 11-i Sosial iş, 1-i Xarici dil (İngilis dili) müəllimliyi, 1-i Maliyyə (BBA), 1-i isə Kompüter elmləri ixtisası üzrə təhsil alır. Təqaüdlərin miqdarı universitetə giriş balına uyğun olaraq müəyyənləşdirilib.


ABUNƏ OL

s52s