Tərcümə (İngilis dili)

İxtisasın şifri: 050203
İxtisas qrupu: III
Təhsilalma forması və müddəti: Əyani, ödənişli, 4 il (8 semestr)
Tədrisin dili: İngilis dili
Təcrübə müddəti: 14 həftə
Məzun olmaq üçün tələb olunan kredit həcmi: 240
Məzuna verilən ixtisas dərəcəsi: Bakalavr
Təhsil haqqı: 3000 AZN

Azərbaycan Universitetində Tərcümə (İngilis dili) ixtisasının tədrisi Xarici dillər-1 kafedrası tərəfindən aparılır. Kafedranın tərkibi zəngin elmi-pedaqoji və praktiki təcrübəyə malik peşəkarlardan ibarətdir. Maddi-texniki baza və pedaqoji heyət ingilis dilini mükəmməl bilən, peşəkar tərcüməçilərin hazırlanması üçün səfərbər olunub.

Tərcümə ixtisasının tədrisində İngilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə vərdişlərinin yaradılması və inkişaf etdirilməsi; oxumaq, dinləmək, eşidib anlamaq bacarıqları ilə yanaşı, yazı vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi; sürətli oxu vərdişlərinin formalaşdırılması; bədii tərcümə, texniki tərcümə bacarıqlarının inkişaf etdirilməsi; qəzet-publisistik və bədii mətnlər üzərində işləmək bacarığının aşılanması; ingilis dilinin lüğət tərkibinin, regional variantlarının öyrənilməsi; tələbələrin lüğət ehtiyatının genişləndirilməsi; xarici dildə müzakirə aparma vərdişlərinin yaradılması; müxtəlif tipli mətnləri (bədii, publisistik) oxuyub anlamaq, tərcümə etmək və şifahi söyləmək qabiliyyətinin formalaşdırılması; söz və söz birləşmələri və deyimlərinin təhlil edilib öyrənilməsi; şifahi nitq vərdişlərinin möhkəmləndirilməsi; tərcümədə yaranan çətinliklərin aradan qaldırılması yollarının inkişaf etdirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilir.

İxtisas üzrə bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir. Tədris prosesində həm də istehsalat təcrübəsi nəzərdə tutulur. Tələbələr müqavilə ilə müvafiq idarə və təşkilatlarda, xarici şirkətlərdə, Elmlər Akademiyasının institutlarında təcrübə keçirlər.

Bu ixtisas üzrə məzun olanlar aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olurlar:

  • İngilis dilində sərbəst danışmağı və ünsiyyət qurmağı bacarırlar;
  • Müxtəlif növ yazışmaların tərtibat qaydalarını bilirlər;
  • Ticari və işgüzar yazışmalar, xahiş məktubları, CV-lər, hesabatlar kimi yazılı sənədlərin spesifik xüsusiyyətlərini müəyyənləşdirməyi bacarırlar;
  • Tərcümə prosesində şifahi nitqi anlayıb, onu adekvat, rəvan şəkildə ifadə etməyi bacarırlar;
  • Müxtəlif tipli yazılı mətnlərin mənasını anlayıb onu şifahi şəkildə tərcümə etməyi bacarırlar;
  • “Tradus”, “Memo Q” və s. kimi kompüter tərcümə proqramlarından istifadə etməyi bacarırlar;
  • Müxtəlif tipli mətnləri lüğətlərin köməyi, eləcə də lüğətsiz ana dilinə və ya ingilis dilinə yazılı və şifahi şəkildə tərcümə etməyi bacarırlar;
  • Tərcümə prosesində terminlərdən düzgün istifadə etməyi, terminlər bankı yaratmağı və onları sənədləşdirməyi bilirlər;
  • Eşitdiyi mətni və ya müxtəlif səviyyələrdə aparılan danışıqları ardıcıl tərcümə etməyi və bu zaman qeyd götürmə taxnikasından düzgün istifadə etməyi bacarırlar;
  • İxtisas dilindən əlavə, ikinci bir xarici dili bilir, çox da mürəkkəb olmayan mətnləri həmin dildən ana dilinə və ya əksinə tərcümə etməyi bacarırlar;
  • İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) tərcümə prosesinə tətbiqi imkanlarını bilirlər.

Bu ixtisas üzrə məzun olanlar tərcüməçi kimi dövlət orqanları, müxtəlif tipli yerli və beynəlxalq təşkilatlar, səfirliklər, xarici şirkətlər, ixtisas dərəcəsinə uyğun gələn müəssisə və təşkilatlarda və s. işləyə bilər, həmçinin təhsillərini ixtisas üzrə magistratura proqramlarında davam etdirə bilərlər.

Tədris edilən başlıca fənlər:

  • Eşidib anlama və nitq
  • Oxuyub anlama və yazı
  • Yazılı anlama və yazılı ifadə
  • Şifahi anlama və şifahi ifadə
  • Peşəkar tərcümənin əsasları
  • Yazılı mətnin şifahi tərcüməsi
  • Kompüter tərcümə proqramları
  • Tərcümə nəzəriyyəsi
  • Yazılı tərcümə
  • Sənədləşmə və ternimologiya
  • Ardıcıl tərcümə və qeydgötürmə texnikası
  • Şifahi tərcümə
  • Hüquq və inzibati sənədlərin tərcüməsi
  • İctimai-siyasi mətnlərin tərcüməsi
  • Elmi mətnlərin tərcüməsi
  • Bədii tərcümə
  • İqtisadi mətnlərin tərcüməsi
  • Neft-qaz sahəsi üzrə mətnlərin tərcüməsi
  • Mətbuat materiallarının tərcüməsi
  • Reklam materiallarının tərcüməsi
  • İnsanlararası ünsiyyət
  • İngilis dili tələffüzünün regional variantları

Tərcümə (İngilis dili) ixtisasının tədris qarfikini BURADAN yükləyə bilərsiniz.

ABUNƏ OL

s52s