Tyutor xidməti

Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə Azərbaycan Universitetində “Tyutor xidməti” (akademik məsləhətçilər) yaradılmışdır. “Tyutor xidməti” Tələbələrlə iş şöbəsinin tərkibində fəaliyyət göstərir.

Tyutor xidmətinin vəzifələrinə aiddir:

  • Tələbələrin hüquqlarını və akademik maraqlarını qorumaq;
  • Tələbələri “Kredit sistemi” ilə bağlı maarifləndirmək və universitetin tədris prosesi ilə tanış etmək;
  • Tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək;
  • Tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər vermək;
  • Tələbələrin fərdi tədris planlarının qəbulunda və ixtisaslar üzrə illik işçi tədris planlarının tərtibində iştirak etmək;
  • Tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına kömək etmək;
  • Tələbələrin mobilliyinin təmin olunmasına köməklik göstərmək;
  • Tələbələri məlumatlandırma prosesini həyata keçirmək məqsədilə fənn jurnallarında tələbələrin əsas göstəricilərinə (davamiyyət və fəallıq balları, kollokvium qiymətləri və s.) nəzarət;
  • Yay semestrinin təşkilində iştirak etmək;
  • Zəruri hallarda tələbələrin akademik göstəriciləri ilə bağlı onların valideynlərini məlumatlandırmaq;
  • Tələbələrə təhsil ödənişlərində güzəşt üçün formalaşdırılmış “Güzəşt komissiyası”na yazılan ərizələrinin qeydiyyata alınması və təqdim etdikləri sənədlərin yoxlanılması.

Sənədlər

Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalar

Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında əsasnamə

Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi

Akademik məsləhətçilər:
1. Novruzov Yusif Əlinağı oğlu – Baş metodist
Tel: 055 220 40 28
E-poçt: yusif.novruzov@au.edu.az

2. Hacıyeva Səadət Vəli qızı - Tyutor
Tel: 055 220 40 38
E-poçt: saadat.hajiyeva@au.edu.az

3. Sadiqova Elzadə Rəhim qızı - Tyutor
Tel: 055 220 40 38
E-poçt: elzada.sadigova@au.edu.az

4. Nüsrətli Əsmər Elşən qızı - Tyutor
Tel: 055 220 40 38
E-poçt: asmar.nusratli@au.edu.az

5. Aslanova Aynur Zafir qızı - Tyutor
Tel: (+994 12) 430 51 79 (Daxili 111)
E-poçt: aynur.aslanova@au.edu.az

ABUNƏ OL

s52s