Viza və müvəqqəti yaşayış

Viza
Azərbaycan Respublikasının qanunverciliyi tələb edir ki, Azərbaycanda üç və ya daha uzun müddətdə də təhsil almaq istəyən hər bir əcnəbi vətəndaş müvəqqəti yaşayış icazəsini alaraq ölkədə yaşamını qanuniləşdirməlidir. Əcənbi tələbələrə ölkəyə daxil olmaq üçün Universitet tərəfindən onlara göndərilmiş rəsmi qəbul məktubunu və digər tələb olunan sənədləri ölkəsində fəaliyyət göstərən Azərbaycan Respubliksanın səfirlik və ya konsulluğuna təqdim edərək viza əldə etməlidir. Bu hal Azərbaycana viza olmadan səyəhət edə biləcək ölkə vətəndaşlarına aid olunmur.

Müvəqqəti yaşayış icazəsi
Tələbə ölkəyə daxil olduqdan sonra bir ay ərzində müvəqqəti yaşayış icazəsini almaq üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Azərbaycan Universiteti Beynəlxalq əlaqələr şöbəsi bu məsələ ilə bağlı sizə kömək edəcəkdir.

Yerləşdirmə
Beynəlxalq əlaqələr şöbəsi əcnəbi tələbələrin yaşayış yeri ilə təmin olunmasına dəstək verir. Şöbə tələbələrin istəklərinə uyğun olaraq yataqxana və ya özəl mənzildə məskunlaşmalarına yardımçı olur.

ABUNƏ OL

s52s