Xaricdə təqaüdlü təhsil

Beynəlxalq əlaqələrin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan Azərbaycan Universiteti öz tələbələrinə Türkiyə və Avropanın qabaqcıl universitetlərdə təqaüdlü təhsil imkanları yaradır. Universitetin qoşulduğu mübadilə proqramları və layihələrlə xaricdə oxuyan tələbələrin sayı hər il daha da artır.
Mübadilə proqramları ilə xaricə göndərilən tələbələr təqaüd və yol xərci ilə təmin olunurlar. Həmin tələbələrin təhsil aldıqları dövrdə qazandıqları kreditlər daha sonra AU-ya transfer olunur.
Onlar xarici tərəfdaş universitetlərdə beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb-qarışmanın yanı sıra, müxtəlif xalqların mədəniyyəti ilə də tanış olur, ən əsası isə ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə əldə edirlər.

2015/2016-cı tədris ilində xarici tərəfdaş universitetlərdə bir yaxud iki semestr oxuyan / akademik təcrübə keçən tələbələrimiz:

  • Məltəm Cahangirzadə - Azərbaycan Universitində Sosial iş ixtisası üzrə təhsil alır. “Linnaues-Palme” mübadilə proqramı çərçivəsində 2015/2016-cı tədris ilinin payız və yaz semstrlərinin İşveç Krallığının Lund Universitetində oxuyub. Məltəm Cahangirzadə təhsil aldığı dövrdə tam təqaüdlə (aylıq təxminən 1000 avro) təmin olunub və yol xərcləri qarşılanıb.
  • Asif Səfərli - Azərbaycan Universitində MBA Marketinq ixtisası üzrə təhsil alır. Payız və yaz semstrlərinin mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində oxuyub. Tələbə təhsil aldığı dövrdə tam təqaüdlə təmin olunub.
  • Şəlalə Həsənova – Azərbaycan Universitində Sosial iş ixtisası üzrə təhsil alır. Payız semestrini “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin Hacettepe Universitetində oxuyub və artıq həmin ali məktəbdəki təhsilini yekunlaşdıraraq ölkəyə qayıdıb. IV kurs tələbəsi olan Şəlalə Həsənova Türkiyədə təhsil aldığı dövrdə təqaüdlə təmin olunub.
  • Mahmud Cabbarov - Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin Marketinq ixtisası üzrə III kurs tələbəsidir. Payız semestrini “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində oxuyan tələbə təqaüdlə təmin olunub. Mahmud Cabbarov I semestr üzrə bütün öhdəliklərini yerinə yetirərək ölkəyə qayıdıb
  • Ramin Həsənov, Murad Mirzəyev, Gəray Hüseynzadə - Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Ramin Həsənov (Maliyyə, IV kurs), Murad Mirzəyev (Dünya iqtisadiyyatı, IV kurs) və Gəray Hüseynzadə (Dünya iqtisadiyyatı, IV kurs) yaz semestrində TEMPUS layihəsi çərçivəsində Hollandiyanın Leiden Universitetində qısa müddətli mübadilədə iştirak ediblər. Tələbələr tam təqaüdlə (aylıq 1200 avro) təmin olunublar, eyni zamanda səyahət xərcləri də qarşılanıb.
  • Zaur Qarayev - Biznes və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisası (BBA) üzrə III kurs tələbəsi Zaur Qarayev yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində oxuyub. Tələbə Anadolu Universitetində təhsil aldığı dövrdə hər ay üçün 800 avro təqaüdlə və səyahət xərcləri ilə təmin olunub.
  • Fatimə Ağayeva - İnformasiya və kommunikasiya texnologiyaları fakültəsinin Kompüter elmləri ixtisası üzrə III kurs tələbəsidir. Fatimə Ağayeva “Erasmus+” mübadilə proqramı çərçivəsində yaz semestrinin Türkiyənin Anadolu Universitetində oxuyub.
  • Nail Sadıqov - Biznes və iqtisadiyyat fakültəsinin Maliyyə ixtisası üzrə (BBA) III kurs tələbəsidir. Nail Sadıqov Almaniyanın Koblenz Universitetinin akademik təcrübə proqramında iştirak etmək üçün dəvət alıb.
  • Yelizaveta Şiryayeva - Biznes və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyatı ixtisası üzrə (BBA) III kurs tələbəsi Yelizaveta Şiryayeva yaz semestrini Almaniyanın Koblenz Universitetində davam etdirib. Tələbəyə hər ay 800 avro təqaüd verilib. Yelizaveta Şiryayeva Almaniyada akademik təcrübə də keçib. Tələbə təcrübə keçdiyi dövrdə əmək haqqı ilə təmin olunub və səyahət xərcləri qarşılanıb.
  • Fərid Həsənli, Ülvi Abdullayev - Biznes və iqtisadiyyat fakültəsinin tələbələri Fərid Həsənli (Maliyyə, IV kurs) və Ülvi Abdullayev (Marketinq, III kurs) yaz semestini TEMPUS layihəsi çərçivəsində İtaliyanın Genoa Universitetində oxuyublar. Tələbələr tam təqaüdlə (aylıq 1200 avro) təmin olunublar və səyahət xərcləri qarşılanıb.

2016/2017-ci tədris ili üçün dəvət alan tələbələrimiz:

  • Kamran Mustafayev - Azərbaycan Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə MBA tələbəsi Kamran Mustafayev 2016/2017-ci tədris ilinin payız semestrini Almaniyanın Koblenz Universitetində oxuma hüququ qazanıb. Tələbəmiz təhsil aldığı dövrdə tam təqaüdlə (aylıq 800 avro) təmin olunub, eyni zamanda səyahət xərcləri qarşılanır. Kamran Mustafayev Almaniyada oxuduğu dövrdə işlə də təmin olunub.
  • Yelizaveta Şiryayeva - Biznes və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyatı ixtisası üzrə (BBA) IV kurs tələbəsi Yelizaveta Şiryayeva 2016/2017 - ci tədris ilinin payız semestrini Almaniyanın Koblenz Universitetində davam etdirir. Tələbəyə təhsil aldığı dövrdə hər ay üçün 800 avro təqaüd təyin olunub. Yelizaveta Şiryayeva Almaniyada akademik təcrübə də keçir. Tələbə təcrübə keçdiyi dövrdə əmək haqqı ilə də təmin olunub və səyahət xərcləri qarşılanır.
  • Nail Sadıqov - Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli Maliyyə ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Nail Sadıqov 2016/2017-ci tədris ilinin yaz semestrini Türkiyənin Anadolu Universitetində oxuma hüququ qazanıb. "Erasmus+" mübadilə proqramı ilə Türkiyədə oxuyacaq tələbəmiz təhsil aldığı dövrdə tam təqaüdlə (aylıq 800 avro) təmin olunacaq, eyni zamanda səyahət xərcləri qarşılanacaq.
  • Mehparə Cəfərova - Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Mehparə Cəfərova 2016/2017-ci tədris ilinin yaz semestrini "Erasmus+" mübadilə proqramı ilə Türkiyənin Anadolu Universitetində oxuma hüququ qazanıb. Tələbəmiz təhsil aldığı dövrdə tam təqaüdlə (aylıq 800 avro) təmin olunacaq, eyni zamanda səyahət xərcləri qarşılanacaq.
  • Turan Nurməmmədova – Biznes və iqtisadiyyat fakültəsinin III kurs tələbəsidir. İngilisdilli Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alır. “Erasmus+” mübadilə proqramı çərçivəsində yaz semestrini Türkiyənin Anadolu Universitetində oxuma hüququ əldə edib. Tələbə təhsil aldığı dövrdə tam təqaüdlə təmin olunacaq və yol xərci qarşılanacaq. Təqaüdün aylıq məbləği 800 avro, yol xərci isə ümumilikdə 500 avro təşkil edir.
  • Tərlan Rüstəmov - Biznes və iqtisadiyyat fakültəsinin ingilisdilli Maliyyə ixtisası üzrə III kurs tələbəsidir. Yaz semestrini Türkiyənin Anadolu Universitetində oxuma hüququ əldə edib. Tələbə Türkiyəyə “Erasmus+” mübadilə proqramı ilə gedəcək. Tərlan Rüstəmov Türkiyədə təhsil aldığı dövrdə aylıq 800 avro məbləğində təqaüd alacaq, eyni zamanda yol xərci qarşılanacaq. Yol xərcinin miqdarı 500 avrodur.
  • Nuranə Abdullayeva – Biznes və iqtisadiyyat fakültəsinni III kurs tələbəsidir. İngilisdili Mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır. Tələbə yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universiettində oxuma hüququ qazanıb. Tələbə təhsil aldığı dövrdə tam təqaüdlə təmin olunacaq və yol xərci qarşılanacaq. Təqaüdün aylıq məbləği 800 avro, yol xərci isə ümumilikdə 500 avro təşkil edir.
  • Seymur Qaramollayev – Biznes və iqtisadiyyat fakültəsində ingilisdilli Marketinq ixtisası üzrə III kurs tələbəsidir. 2016/2017-ci tədris ilinin yaz semestrini Almaniyanın Koblenz Universitetində oxumaq üçün dəvət alıb. “Erasmus+” mübadilə proqramı ilə bu ölkəyə gedəcək olan tələbə tam təqaüdlə təmin olunacaq və yol xərcləri qarşılanacaq. Təqaüdün aylıq məbləği 800 avro, yol xərci isə ümumilikdə 500 avro təşkil edir.
  • Novruz Muradov - Maliyyə ixtisası üzrə MBA tələbəsidir. Cari tədris ilinin yaz semestrini Almaniyanın Koblenz Universitetində oxumaq hüququ əldə edib. Tələbə bu ölkəyə “Erasmus+” mübadilə proqramı ilə gedəcək. Novruz Muradov təhsil aldığı dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda yol xərcləri (500 avro) qarşılanacaq.

Daha ətraflı məlumat və müraciət üçün
Azərbaycan Universiteti
Beynəlxalq əlaqələr şöbəsi
Nəsimi rayonu, Tbilisi prospekti-72
AZ1102, Bakı, Azərbaycan
Tel: (+99412) 431 41 12/13/16/17 (Daxili 131)
Fax: (+99412) 431 41 18
E-poçt: international.office@au.edu.az

ABUNƏ OL

s52s