XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri PTE imtahanında iştirak edib

Azərbaycan Universitetinin tələbələri PTE imtahanında iştirak edib

19 iyun 2020

Baxış sayı: 2663

Azərbaycan Universitetinin tələbələri - Elmixan Əliyev (Maliyyə, IV kurs), Nicat Zeynalov (Maliyyə, IV kurs) və  İslam Şirəliyev (Tərcümə, ingilis dili, III kurs) PTE (Pearson Test of English) beynəlxalq dil sertifikatının Level 4 “Advanced” səviyyəsini təmin etmək məqsədilə keçirilmiş imtahanda iştirak edib. Əldə olunacaq göstərici beynəlxalq imtahanların ekvivalentliyi üzrə C1= IELTS 7.5 və ya TOEFL 102-109-a bərabər olacaq.

Imtahan danışıq (speaking) və yazı (writing) hissələri olmaqla  2 mərhələdən ibarət olub.  Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanıb.

Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universiteti öz tələbələrinə bu sertifikatları əldə etmək üçün geniş imkanlar yaradır. PTE (Pearson Test of English)  IELTS və TOEFL ilə yanaşı ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biri olub, bir-biri ilə sıx bağlı 6 pillədən ibarətdir.  Testlər tələbələr üçün münasib olan təqvimə əsasən ildə dörd dəfə keçirilir.

Qeyd edək ki, Azərbaycan Universiteti  PTE-nin imtahan alt mərkəzi kimi təsdiq olunub. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.06.2020

DİGƏR XƏBƏRLƏR