
Azərbaycan Universiteti müəllimlərin işə qəbulunu elan edir
26.08.2020 1213Azərbaycan Universiteti Maliyyə və iqtisadiyyat kafedrasına aşağıda qeyd olunmuş ixtisasların ixtisas fənlərini Azərbaycan və ingilis dillərində tədris etmək üçün müəllimlərin işə qəbulunu elan edir.
- Beynəlxalq ticarət və logistika
- Biznesin idarə edilməsi
- İqtisadiyyat
- Maliyyə
- Marketinq
- Menecment
- Mühasibat
- Turizm bələdçiliyi
- Turizm işinin təşkili
- Regionşünaslıq (Avropa ölkələri üzrə)
Müsabiqəyə dair tələblər
- İqtisadiyyat sahəsində ali təhsil
- Turizm sahəsində ali təhsil
- Regionşünaslıq sahəsində ali təhsil
- Fəlsəfə doktoru elmi dərəcəsi
- 3 ildən az olmayan pedaqoji staj
- Microsoft Teams proqramından istifadə
Sənəd qəbulu avqustun 31-dək həyata keçirilir. Sənədləri məqbul hesab edilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. Namizədin göstəricilərindən asılı olaraq işə qəbul daimi əsaslarla müəllim vəzifəsinə aparılacaqdır. Namizədlər CV-lərini mövzu yerinə "Müəllimlərin işə qəbulu" yazaraq kamala.afandiyeva@au.edu.az ünvanına göndərə bilərlər.
İctimaiyyətlə əlaqələr şöbəsi
26.08.2020