XƏBƏRLƏR

Professor Qorxmaz Quliyevin yeni kitabı çap olunub

Professor Qorxmaz Quliyevin yeni kitabı çap olunub

05 noyabr 2020

Baxış sayı: 2514

Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyevin “Ədəbi proses” adlı yeni monoqrafiyası çap olunub.

Kitabda ədəbiyyatşünaslığın ən yayğın anlayışlarından olan ədəbi proses haqqında məlumat verilir, “müəllif-əsər-oxucu” sxemi əsasında onun təkamülünün və inkişafının əsas istiqamətləri oxucuların diqqətinə çatdırılır.

Monoqrafiyada qeyd olunub ki, ədəbi proses vasitəsilə müasir ədəbiyyatın, ədəbiyyat tarixinin, ədəbiyyat nəzəriyyəsinin istənilən probelmi nəzərdən keçirilə bilər. Ədəbiyyatın fiksə olunan hər bir hadisəsi həmin an sayısız-hesabsız xarici və daxili hadisələrin təsiri altında hərəkətə gəlir və onu yeni cəhətdən, yeni könteksdə nümayiş etdirilər. Belə bir şəraitdə ədədbi prosesi nisbi-adekvat şəkildə tədqiq etməyin yeganə yolu onun təkamülünün və inkişafının əsas istiqamətlərini bəlli “müəllif-əsər-oxucu” sxemi əsasında müəyyən etməkdir.

“Daxili hərəkət: Müəllif nədir”, “Tarixi hərəkət” və “Xarici hərəkət” olmaqla 3 fəsil, 312 səhifədən ibarət olan monoqrafiya filoloq tələbələr, sahə üzrə tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
05.11.2020

DİGƏR XƏBƏRLƏR