XƏBƏRLƏR

Beynəlxalq əlaqələr şöbəsi xaricdə təhsil mövzusunda təqdimat keçirib

Beynəlxalq əlaqələr şöbəsi xaricdə təhsil mövzusunda təqdimat keçirib

02 noyabr 2016

Baxış sayı: 4702

Azərbaycan Universiteti Beynəlxalq əlaqələr şöbəsi tərəfindən xaricdə təhsil və mübadilə proqramları haqqında təqdimat keçirilib. Tədbirdə iştirakçılara Azərbaycan Universitetinin əməkdaşlıq etdiyi universitetlər, qoşulduğu mübadilə proqramları, xaricdə təqaüdlü təhsil və akademik təcrübə keçmənin şərtləri və qaydaları haqqında məlumat verilib, suallar cavablandırılıb.

Təqdimatda “Linnaeus–Palme” mübadilə proqramı çərçivəsində İsveç Krallığının Lund Universitetində təhsil alan Sosial iş fakültəsinin tələbələri Aytən Əliyeva və Məltəm Cahangirzadə də iştirak edib. Öz təcrübələrinin tədbir iştirakçıları ilə paylaşan tələbələr xaricdə təhsilin üstünlükləri və onların həyatına müsbət təsirləri haqqında məlumat veriblər. 

Tədbirdə universitetin bir qrup müəllim və tələbə heyəti iştirak edib. Hər tədris ilinin başında ənənəvi olaraq keçirilən təqdimatı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov aparıb.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
02.11.2016

 

 

 

DİGƏR XƏBƏRLƏR