XƏBƏRLƏR

Tələbələrimiz beynəlxalq müsabiqədə üçüncü dərəcəli diploma layiq görülüblər

Tələbələrimiz beynəlxalq müsabiqədə  üçüncü dərəcəli diploma layiq görülüblər

03 dekabr 2020

Baxış sayı: 2195

Azərbaycan Universiteti “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVI Azərbaycan Birinciliyi)  3 komanda ilə təmsil olunub. Hər 3 komandamız müsabiqənin üçüncü dərəcəli diplomuna layiq görülüb.

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə onlayn formada baş tutan müsabiqədə Azərbaycanın 16 ali təhsil müəssisəsindən 63 komanda iştirak edib. Hər komanda 3 tələbə və komanda rəhbərindən ibarət olub.

Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qaydada https://official.contest.yandex.ru/az2020/contest/23211/standings?p=1 saytı vasitəsilə aparılıb.

Müsabiqənin nəticələrinə uyğun olaraq müvəffəqiyyət qazanmış 34 komanda bu ilin 13 dekabr tarixində onlayn keçiriləcək “45-ci ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.

Komandaların üzvləri və rəhbərləri

AU_1 komandası

Komandanın rəhbəri: Əbilhəsən Əhmədov (Riyaziyyat və informatika kafedrası)

Amin Qafarov (Kompüter mühəndisliyi, bakalavriat)

Zümrüd Gərayeva (Kompüter mühəndisliyi, bakalavriat)

Mədinə Məmmədli (Kompüter mühəndisliyi, bakalavriat)

AU_2 komandası

Komandanın rəhbəri: Asif Paşayev (İKT fakültəsinin dekanı)

Kənan Qurbanlı (Kompüter mühəndisliyi, magistratura)

Sədayə İbrahimova (Kompüter mühəndisliyi, bakalavriat)

Məhəmməd Behbudov (Kompüter mühəndisliyi, bakalavriat)

AU_4 komandası

Komandanın rəhbəri: Əbilhəsən Əhmədov (Riyaziyyat və informatika kafedrası)

Xəyal İsmayılov (Kompüter mühəndisliyi, bakalavriat)

Səbinə  Qəniyeva (Kompüter mühəndisliyi, bakalavriat)

Ayxan Tağıyev (Kompüter mühəndisliyi, bakalavriat)

İctimaiyyətlə əlaqələr şöbəsi
03.12.2020

DİGƏR XƏBƏRLƏR