• E - LEARNING (MOODLE)
  • XƏBƏRLƏR
  • |
  • ELANLAR
  • |
  • MƏZUNLAR
  • |
  • ELEKTRON KİTABXANA
  • |
  • AZ
    • EN
  • |
  •  
AZƏRBAYCAN UNİVERSİTETİ
  • Qəbul
    • Abituriyent Məsləhət Mərkəzi
    • Bakalavriata qəbul
    • Magistraturaya qəbul
    • Doktorantura və dissertanturaya qəbul
    • Xarici vətəndaşların qəbulu
    • İkinci ali təhsil
    • Dövlət sifarişi əsasında qəbul
    • Azərbaycan Universiteti haqqında
  • Haqqımızda
    • İlk özəl Universitet
    • Qısa nəzər
    • Vizyon, Missiya, Dəyərlər
    • Rəhbərlik
    • Akkreditasiya haqqında Sertifikat
    • Keyfiyyət siyasəti
    • Elmi şura
    • Akademik təqvim
    • Təlim və Tədris Mərkəzi
    • İnzibati şöbələr
      • İctimaiyyətlə əlaqələr şöbəsi
      • Tələbələrlə iş şöbəsi
      • Tədris şöbəsi
      • Elm şöbəsi
    • Media üçün
    • Bizimlə əlaqə
  • Fakültələr
    • BİZNES VƏ İQTİSADİYYAT FAKÜLTƏSİ
      • Biznes və iqtisadiyyat fakültəsi haqqında
      • Maliyyə və iqtisadiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • HUMANİTAR FƏNLƏR FAKÜLTƏSİ
      • Humanitar fənlər fakültəsi haqqında
      • Azərbaycan dili və ədəbiyyat kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • İctimai elmlər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Sosial işin təşkili kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
      • Xarici dillər kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • İKT FAKÜLTƏSİ
      • İKT fakültəsi haqqında
      • Riyaziyyat və informatika kafedrası
        • Tədris olunan ixtisaslar
        • Kafedranın heyəti
    • BEYNƏLXALQ MAGİSTRATURA VƏ DOKTORANTURA MƏRKƏZİ
      • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında
      • Sənədlər
  • İxtisaslar
    • Bakalavriat ixtisasları
      • Kompüter mühəndisliyi
      • İstehlak mallarının ekspertizası və marketinqi
      • Mühasibat uçotu və audit
      • Maliyyə
      • Marketinq
      • Menecment
      • İqtisadiyyat
      • Biznesin idarə edilməsi
      • Turizm və otelçilik
      • Regionşünaslıq (Avropa ölkələri üzrə)
      • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
      • Filologiya (İngilis dili və ədəbiyyatı)
      • Tərcümə (İngilis dili)
      • Tarix
      • Sosial iş
    • Magistratura ixtisasları
      • Kompüter mühəndisliyi
      • Amerika ədəbiyyatı
      • Azərbaycan ədəbiyyatı
      • Azərbaycan dili
      • Dilşünaslıq (ingilis dili)
      • Tərcümə (ingilis dili)
      • Azərbaycanın yeni və ən yeni tarixi
      • Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş
      • Gənclərlə iş
      • Bank işi
      • Vergi və vergiqoyma
      • İqtisadiyyatın hüquqi tənzimlənməsi
      • Turizmin iqtisadiyyatı
    • Doktorantura və dissertantura ixtisasları
      • Mühasibat uçotu
      • İqtisadi nəzəriyyə
      • Ümumi iqtisadiyyat
      • Dünya iqtisadiyyatı
      • Sahə iqtisadiyyatı
      • İqtisadi fəaliyyət növləri
      • Müəssisələrin təşkili və idarə olunması
      • Tətbiqi dilçilik
      • Azərbaycan dili
      • German dilləri
      • Azərbaycan ədəbiyyatı
      • Dünya ədəbiyyatı
      • Dil nəzəriyyəsi
      • Folklorşünaslıq
      • Ümumi tarix
      • Vətən tarixi
      • Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları
      • Sosial fəlsəfə
      • Fəlsəfə tarixi
  • Tələbə həyatı
    • Beynəlxalq İkili Diplom Proqramı
    • UDİD Proqramı
    • Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd
    • Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd
    • Təhsil haqqına güzəşt
    • Tələbələrin dil hazırlığı
    • Tyutor xidməti
    • Karyera mərkəzi
    • Tələbə Gənclər Təşkilatı
    • Tələbənin nizam-intizam qaydaları
  • Beynəlxalq əlaqələr
    • Beynəlxalq əlaqələr şöbəsi
    • Beynəlxalq əməkdaşlıq
    • Beynəlxalq proqramlar
      • Erasmus+ Proqramı
      • Mevlana Mübadilə Proqramı
    • Beynəlxalq tələbə qəbulu
      • Beynəlxalq tələbələrin bakalavriata qəbulu
      • Beynəlxalq tələbələrin magistraturaya qəbulu
      • Tələbə mübadiləsi
    • İngilisdilli ixtisaslar
    • Viza və müvəqqəti yaşayış
    • Əlaqə
  • Nəşrlər
    • "İpək yolu" jurnalı
    • "Çağlayan" jurnalı
    • Xüsusi nəşrlər
  • Konfranslar
    • 2020
      • Gender Problem and Modern Azerbaijan
      • International Conference on Natural Sciences and Technologies
      • Gənc tədqiqatçıların III respublika elmi konfransı
    • 2019
      • Gender problemi və müasir Azərbaycan
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
      • Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransı
      • V Avropa İqtisadi Konqresi
      • Azərbaycan ali təhsilinə beynəlxalq prizmadan baxış: problemlər və perspektivlər
    • 2018
      • Gender problemi və müasir Azərbaycan
      • Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının aktual problemləri və perspektiv istiqamətləri
      • Gənc tədqiqatçıların I Respublika elmi-praktik konfransı
      • AXC-nin 100 illiyinə həsr olunmuş "Cümhuriyyət ideologiyası kontekstində filologiya elmi" konfransı
      • İnnovasiyalar və yaradıcılıq
      • Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri
    • 2017
      • Gender problemi və müasir Azərbaycan

XƏBƏR ARXİVİ

  1. Əsas səhifə
  2. XƏBƏR ARXİVİ

Tələbələrin müraciətlərini araşdıran komissiya işini yekunlaşdırıb

08.01.2021 108

COVID-19 pandemiyasının təhsil prosesinə təsiri nəticəsində yaranmış problemləri, tələbələrin şikayət və təkliflərini araşdırmaq məqsədilə Azərbaycan Universiteti rektorunun əmri ilə fəaliyyət göstərən xüsusi komissiya işini yekunlaşdıraraq tələbələrə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Əziz tələbələrimiz,

2020-ci ilin mart ayından başlayarq bütün dünyanı bürüyən pandemiya məsafədən təhsilə keçidi zəruri edib. Qəfil yaxalandığımız bu dövr çətinliklər və məhdudiyyətlərlə yanaşı zamana qənaət, psixoloji komfort, müstəqil öyrənmə bacarıqlarının inkişafı, məkan probleminin olmaması kmi üstünlükləri ilə təhsil və öyrənməyə daha münbit şərait yaradır.

Dünyanı pandemiya qarşısında aciz qoyan 2020-ci il bizim tariximizə ən əlamətdar və ən möhtəşəm il kimi həkk olundu. 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən Müharibəsi ölkəmizin parlaq hərbi-siyasi qələbəsi ilə başa çatdı. Bu dövrdə kibermühitdə Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınması məqsədilə internetə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması təhsil sahəsinə təsirsiz ötüşmədi. 

Azərbaycan düşmən üzərində şanlı zəfər çalmış ölkə, bizlər qalib xalq və qalib ölkənin vətəndaşlarıyıq. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən müharibədə 3 minə yaxın hərbçimiz şəhid olub, əsgərlərimiz itkin düşüb,  qazilərimiz yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız şəhidlərimizin, qazilərimizin qanı, canı və sağlamlığı bahasına işğaldan azad edilib.

Ona görə də bizim çətinlikdən qorxub geri çəkilmək kimi bir yolumuz, seçimimiz, haqqımız olmamalıdır. Bizim cəbhəmiz, bizim döyüş meydanımız təhsildir, elmdir. Öz cəbhəmizdə biz də Azərbaycan əsgəri kimi döyüşməli, Azərbaycan əsgərinə, onun uğrunda şəhid olduğu amala layiq olmalıyıq.

Azərbaycan Universiteti Təhsil Nazirliyinin tövsiyəsi ilə təhsilin məsafədən təşkilində Microsoft Teams platformasından istifadə edən ilk universitetlər sırasındadır. 2020-ci ilin Aprel ayından başlayaraq dərslərimiz tədris planına uyğun olaraq onlayn rejimdə davam edir. Prosesin uğurlu təşkili və tətbiqində müəllimlərimizin əməyi danılmazdır.

Ötən tədris ili ilə müqayisədə məsafədən dərslərin texniki təminatı təkmilləşdirilib, proqrama yeni funksiya və imkanlar əlavə olunub. Sentyabr ayında müəllim-tələbə heyəti üçün proqramdan istifadə bacarıqlarının yüksəldilməsi məqsədilə təlimlər təşkil olunub. Azərbaycan Universitetində təhsilin məsafədən təşkilinin keyfiyyətinin ölçülməsi məqsədi ilə Tədris şöbəsinin təşkilatçılığı və Təhsil Nazirliyinin nümayəndələrinin dərslərə qoşulması ilə keçirilən monitorinqin nəticələri qənaətbəxş hesab olunub.

Əziz tələbələrimiz,

Azərbaycan Universiteti tələbələrini hər zaman dəstəkləyib və bu mövqeyini bundan sonra da davam etdirəcək. Pandemiyadan əvvəl hər tədris ilinin başlanğıcında rektor Səadət Əliyevanın tələbələrlə bilavasitə ünsiyyətdə olmaq, onların təkliflərini dinləmək, fərdi problemlərindən xəbərdar olmaq məqsədilə keçirdiyi görüşlər bunun ən bariz sübutudur. Komissiyanın fəaliyyəti də məhz bu ənənəyə əsaslanır.

1yanvar 2021-ci il tarixinə qədər tələbələrin info@au.edu.az  ünvanına müraciətləri imtahanların təşkili, imtahan suallarının azaldılması, cəbhə bölgəsində yaşamanın çətinlikləri, texniki problemlər, qayıb limitinin ləğv olunması, təhsil haqqına güzəşt olmaqla əsasən 6 istiqamətdə olub. Daxil olan bütün müraciətlərin komissiya üzvləri tərəfindən müzakirəsi aparılıb və müvafiq qərarlar qəbul olunub. Qərarları aşağıda nəzərinizə çatdırırıq:

1. Azərbaycan Universitetində 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası 11 yanvar – 6 fevral 2021-ci il tarixlərində onlayn şifahi və onlayn test formasında təşkil olunacaq.

2. İmtahan suallarının sayı və çətinlik dərəcəsi fənni tədris edən müəllim tərəfindən tədris olunan mövzuların həcminə uyğun olaraq tərtib və müəyyən olunur.

3. Cəbhə və cəbhəyanı bölgələrdə yaşayan və universitetə bu barədə müvafiq arayış təqdim edən II, III, IV kurs tələbələrinə cari semestrdə nəzərdə tutulmuş fənlər üzrə təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq 100 ballıq sistem üzrə yekun qiymət verilir. Tələbələr cari semestrdə nəzərdə tutulmuş bütün fənlər üzrə onlayn imtahan otağına qoşulmalı və onlara təklif olunan yekun qiymət ilə tanış olmalıdırlar. ÜOMG-yə uyğun olaraq müəyyənləşdirilmiş nəticələri ilə razılaşmayan tələbələr üçün fənlər üzrə onlayn şifahi imtahan təşkil edilir.  Cəbhə və cəbhəyanı bölgələrdə yaşayan və universitetə bu barədə müvafiq arayış təqdim edən I kurs tələbələrinin cari semestrdə nəzərdə tutulmuş fənlər üzrə imtahanlara 34 balla buraxılmaları təmin olunur.

4. COVID-19 xəstələri və ağır əməliyyat keçirmiş, bu barədə Universitetə müvafiq arayış təqdim edən və 50% qayıb limitini keçən tələbələrin imtahana buraxılması məsələsinə fərdi qaydada baxılacaq.

5. Vətən müharibəsinin iştirakçısı olan tələbələr təhsil haqqından azad olunurlar. Qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsil problemləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında 19 noyabr 2020-ci il tarixli KQ-07 nömrəli qərarına əsasən aradan qaldırılacaq. Onlara akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək və akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılacaqlar. Həmin tələbələrdən tərxis olunduqdan sonra universitetlə əlaqə yaratmalarını xahiş edirik.Təhsil haqqına güzəşt olunması ilə bağlı müraciət edən digər tələbələrin ərizələrinə isə fərdi qaydada baxılacaq.

6. İmtahan sessiyası dövründə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş neqativ halların aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq apellyasiya komissiyasının fəaliyyəti təmin ediləcək.

Hər birinizi yeni il münasibətilə təbrik edir, qış imtahan sessiyasında uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
08.01.2020

Yeni xəbərlər
11 Yanvar 2021
“İpək yolu” elmi məqalələr jurnalının son nömrəsini saytımızda oxuya bilərsiniz
11 Yanvar 2021
Azərbaycan Universitetində qış imtahan sessiyası başlayıb
08 Yanvar 2021
Tələbələrin müraciətlərini araşdıran komissiya işini yekunlaşdırıb
06 Yanvar 2021
Yeni ilin ilk tədbiri Sosial Tədqiqatlar Mərkəzi ilə birgə keçirilib
31 Dekabr 2020
Rektor Səadət Əliyevanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təbriki
28 Dekabr 2020
Qələbə vebinarında informasiya mübarizəsi müzakirə olunub
24 Dekabr 2020
Bu gün Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür
23 Dekabr 2020
“Xalqın səsi... artıq qaçqın deyilik” mövzusunda vebinar keçirilib
22 Dekabr 2020
Professor Asif Hacıyev beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib
18 Dekabr 2020
“Qarabağ taleyimizdir” mövzusuna həsr olunmuş vebinar keçirilib
Foto qalereya

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən
qoyulub.

Ətraflı..
Korporativ
  • Loqo
  • Bayraq
  • Himn
Tez Əlaqə
  • (+99412) 431 41 12/13/16/17
  • office@au.edu.az
  • Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71

ABUNƏ OL

Copyright ©2017 Azerbaijan University. All Rights Reserved