
Azərbaycan Universiteti Karyera üzrə mütəxəssis vakansiyası elan edir
01.02.2021 253Vəzifə öhdəlikləri
- Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək
- Universitetin Məzun Platformasını yaratmaq
- Universitetin məzunlarının işlə təmin edilməsinə köməklik göstərmək
- Universitetin tələbələrinin işlə bağlı maraq dairəsini öyrənmək üçün sorğular keçirmək, CV-lərini hazırlamaq, CV bazası yaratmaq
- Vakansiyaları izləmək, onlar haqqında məlumat almaq, şirkətlərin HR menecerləri ilə görüş təşkil etmək və onlarla əməkdaşlıq etmək
- Universitetdə karyera günlərini təşkil etmək
- Müxtəlif təşkilatların nümayəndələrini dəvət etmək, onların tələbələrlə görüşlərini təşkil etmək
- Tələbələr üçün treyninqlər və seminarlar təşkil etmək
- Məzun günlərinin təşkilinə və keçirilməsinə köməklik göstərmək
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək
Vakansiya tələbləri
- Ali təhsil
- Sahə üzrə iş təcrübəsi 1-3 il
- Azərbaycan Respublikasının təhsil və əmək qanunvericiliyini bilmək
- MS ofis proqramları
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Ünsiyyətdə mehribanlıq və gülərüzlülük
- Operativ çalışma və məsuliyyətlilik
- Komanda ilə işləmək bacarığı
- İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı
- Rus və İngilis dilini bilməsi arzuolunandır
İş rejimi
- Həftə içi 5 gün saat: 08:30-17:30
İş yeri
- Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli 71
Əmək haqqı
- Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcəkdir.
Maraqlanan şəxslər şəkilli CV-lərini elektrpn poçtun mövzu bölməsində “Karyera üzrə mütəxəssis” qeyd edərək kamala.afandiyeva@au.edu.az ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İctimaiyyətlə əlaqələr şöbəsi
01.02.2021