XƏBƏRLƏR

Azərbaycan Universitetinin 207 tələbəsi təcrübəyə başladı

Azərbaycan Universitetinin 207 tələbəsi təcrübəyə başladı

17 fevral 2021

Baxış sayı: 3012

Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri istehsalat, magistratura pilləsində təhsil alan II kurs tələbələri isə elmi-pedoqoji təcrübəyə başlayıb. Biznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində təhsil alan 12 ixtisas üzrə 176 bakalavriat, 6 ixtisas üzrə 31 magistratura tələbəsi müxtəlif qurumlarda təcrübə keçəcəklər.

Müxtəlif dövlət orqanları və onların tabeliyində olan müəssisələr, bələdiyyələr və şirkətlərdə təcrübəçi tələbələrə 48 müəllim rəhbərlik edəcək.

Elmi-pedaqoji təcrübədə magistratura tələbələri Azərbaycan Universitetində pedaqoji fəaliyyətin forma və metodlarını öyrənəcək, kafedra və fakültələrin fəaliyyəti,  iş prinsipləri ilə yaxından tanış olacaq, onlayn dərs dinləmələrində iştirak edəcək və onlayn dərslər keçəcək, ixtisaslarının pedaqoji tərəfini təcrübədə tətbiq edəcəklər. Elmi-tədqiqat təcrübəsi zamanı təcrübəçilər tədqiqat fəaliyyəti ilə məşğul olacaqlar.

Həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək müəllimlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat təcrübənin onlayn başlanğıc konfransında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib.

Elmi-pedaqoji təcrübə 12 mart 2021, elmi-tədqiqat təcrübəsi 8 aprel 2021, istehsalat təcrübəsi isə 24 may 2021-ci il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.02.2021

DİGƏR XƏBƏRLƏR