XƏBƏRLƏR

Azərbaycan Universitetində 2021-ci il məzunları ilə onlayn görüş keçirilib

Azərbaycan Universitetində 2021-ci il məzunları ilə onlayn görüş keçirilib

13 iyul 2021

Baxış sayı: 2136

Azərbaycan Universitetinin 2020/2021-ci il məzunları ilə onlayn görüş keçirilib. Görüşdə universitet rəhbərliyi və professor-müəllim heyəti bakalavriat və magistratura məzunlarını təbrik edərək xoş arzularını çatdırıblar.  

Görüşdə qeyd olunub ki, Azərbaycan Universitetini bu il 167-sı bakalavriat, 49-u magistratura pilləsində olmaqla 216 məzun bitirir. Universitet artıq 27-ci dəfədir ki, məzunlarını iş dünyasına yola salır. Bu məzuniyyət, çox mühüm iki hadisə ilə üst-üstə düşür. 2021-ci il  məzunları həm qələbə, həm də yubiley ilinin məzunlarıdır. Belə ki, Universitet 30 yaşını 30 ildən sonrakı qələbə sevinci ilə birlikdə qeyd edir. Qələbə sevincində Azərbaycan Universitetinin məzunlarının və tələbələrinin də payı var. Onlar Vətən müharibəsinin ilk günlərindən ən qaynar nöqtələrdə qəhrəmancasına döyüşüblər. Ölkəmizin böyük hərbi-siyasi zəfərinin ardından “Qarabağa Böyük Qayıdış” planının icrası artıq başlayıb. Məzunlarımızın bu sahədə də öz sözlərini deyəcəklərinə, Qarabağda başlayan böyük quruculuq və bərpa işlərinə öz töhfələrini verəcəklərinə əminik.

Vurğulanıb ki, tələbəlik illəri öyrənmək, təcrübə yığmaq və bacarıq əldə etmək dövrü idi. İndi isə məzunların həyatında öyrətmək, əldə etdikləri bilik və bacarıqları tətbiq etmək, xalqına, dövlətinə, dünyaya faydalı olmaq mərhələsi başlayır.

Onlayn görüşdə universiteti fakültələr üzrə yüksək göstəricilərlə bitirən məzunların adları elan olunub, 2020/2021-ci tədris ilində Azərbaycan Universitetindən birinciliklə məzun olan Natəvan Kamallı məzunlar adından çıxış edərək sevincini tədbir iştirakçıları ilə bölüşüb, universitet rəhbərliyinə və müəllimlərinə təşəkkür edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.07.2021

DİGƏR XƏBƏRLƏR