XƏBƏRLƏR

Azərbaycan Universitetində Xocalı soyqırımının ildönümü qeyd olunub

Azərbaycan Universitetində Xocalı soyqırımının ildönümü qeyd olunub

26 fevral 2016

Baxış sayı: 4620

Azərbaycan Universitetində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondu ilə birgə təşkil ounmuş tədbir soyqırımı zamanı qətlə yetirilmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə tarixçi-alim Boran Əziz və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun əməkdaşı Vidadi Rzayev tələbələrin qonağı olub. Çıxışlarda ideoloji təbliğatın və anım tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, tarixən müharibələrin öz qanunları mövcut olub. Lakin bəzən bu qanunlar da kobudcasına pozulub, ayaqlar altına atılıb və insanlıq adına ləkə, qara səhifələrə də yol verilib. Məhz bu hadisələrdən biri - müharibə qanunlarına belə uyğun düşməyən Xocalı soyqırımı Azərbaycanın müstəqilliyinin önünü kəsmək məqsədiylə törədilib.
Tədbirdə bildirilib ki, faciənin ildönümü hər il fevral ayında Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif tədbirlərlə qeyd olunur, Azərbaycan xalqı faciə qurbanlarının əziz xatirəsini dərin hörmətlə yad edir. Soyqırımının tanıdılması hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır və görülən işlər öz müsbət nəticələrini verir.
Anim tədbirindən sonra universitetin müəllim və tələbə heyəti Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edərək əklil qoyublar.

rn

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
26.02.2016

DİGƏR XƏBƏRLƏR