XƏBƏRLƏR

“İpək yolu” jurnalının üçüncü nömrəsini saytımızda oxuya bilərsiniz

“İpək yolu” jurnalının üçüncü nömrəsini saytımızda oxuya bilərsiniz

08 oktyabr 2021

Baxış sayı: 2338

Azərbaycan Universitetinin “İpək yolu” elmi məqalələr jurnalının 2021-ci il üçün üçüncü nömrəsi elektron versiyada universitetin saytında (www.au.edu.az) yerləşdirilib. Jurnalın bu nömrəsi Azərbaycan Universitetinin 30 illik yubileyinə həsr olunub.

İpək yolu jurnalının bu nömrəsinə iqtisad və filologiya elmlərinə aid Azərbaycan və ingilis dillərində məqalələr qəbul olunub.

Ciddi rəyləşdirilmiş elmi məqalələri dərc edən “İpək Yolu” jurnalının arxivini onlayn formada Azərbaycan Universitetinin saytından oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.

Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısı”na daxildir.

Bundan başqa jurnal E-library - РИНЦ (Rusiya), Academic Keys (USA), ResearchBib - Academic Resource Index (Japan), Scientific Indexing Services - SIS (USA), Directory of Research Journals Indexing (India), Advanced Science Index - ASI (Germany), Root Indexing - Journal Abstracting and Indexing Service (India), Eurasian Scientific Journal Index - ESJI (Russia), Science Library Index (Australia), JI Factor (USA) beynəlxalq indeksləmə bazalarına da daxil edilib.

2021-ci il üçün üçüncü nömrəyə keçid

/az/menu/606/

Jurnalın səhifəsinə keçid

http://www.au.edu.az/az/menu/154/ipekyolu-jurnali-haqqinda

İctimaiyyətlə əlaqələr
08.10.2021

DİGƏR XƏBƏRLƏR