XƏBƏRLƏR

Qış imtahan sessiyası başa çatıb

Qış imtahan sessiyası başa çatıb

06 fevral 2017

Baxış sayı: 4195

Azərbaycan Universitetində 2016/2017-ci tədris ilinin qış imtahan sessiyası başa çatıb. Sessiya Azərbaycan Respublikası təhsil nazirinin imtahan sessiyasının keçirilməsi barədə əmrinə Azərbaycan Universiteti rektorunun əmrinə uyğun təşkil edilib.

Universitetdə sessiyanın uğurla başa çatdırılması, təşkili və gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin həll edilməsini təmin etmək, habelə imtahanların normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə "Operativ qərargah" fəaliyyət göstərib.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə bütün zəruri addımlar atılıb. İmtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar vasitəsilə nəzarət olunub.

Qış imtahan sessiyasında bakalavriat pilləsi üzrə ümumilikdə 452,  magistratura pilləsi üzrə isə 32 imtahan təşkil olunub. Apelyasiya komissiyasına 253 ərizə daxil olub. Apellyasiya şikayətlərinə baxılıb və şikayətlər müvafiq qaydada təmin edilib.

Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün əlavə imtahan təşkil olunub.

2016/2017-ci tədris ilinin yaz semestri 16 fevral 2017-ci il tarixində başlayacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.02.2017

DİGƏR XƏBƏRLƏR