XƏBƏRLƏR

Azərbaycan Universitetinin müəllimləri Anadolu Universitetində mühazirə oxuyub

Azərbaycan Universitetinin müəllimləri Anadolu Universitetində mühazirə oxuyub

11 aprel 2017

Baxış sayı: 5059

Azərbaycan Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Biznes və İqtisadiyyat fakültəsinin müəllimi Könül Nuriyeva “Erasmus+” müəllim mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində olub, tədris prosesində iştirak ediblər.

03 aprel – 08 aprel 2017-ci il tarixləri arasında qeyd olunmuş universitetin İqtisadiyyat fakültəsində təhsil alan tələbələrə mühazirə oxuyan müəllimlərimiz müxtəlif fakültə və şöbələrin nümayəndələri ilə görüşlər keçirərək digər mümkün əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.  

İctimaiyyətlə əlaqələr şöbəsi
11.04.2017

DİGƏR XƏBƏRLƏR