XƏBƏRLƏR

Bahar turnirinin müəllim-inzibati heyət arasında qalibləri bəllidir

Bahar turnirinin müəllim-inzibati heyət arasında qalibləri bəllidir

12 aprel 2017

Baxış sayı: 4791

Azərbaycan Universitetində bu il ikincisi keçirilən “Şahmat və Dama üzrə Bahar Turniri” başa çatıb. Turnirə müəllim və inzibati heyət arasında birincilərin müəyyənləşməsiylə yekun vurulub.

Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov şahmat üzrə, fakültənin müəllimi Polad Əzizov isə dama üzrə yarışda birinci yerə çıxıb.

Daha əvvəl isə bütün fakültə və ixtisaslar üzrə şahmat və damaya marağı və istedadı olan tələbələr arasında  keçirilən yarışda Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi Vüqar Məmmədov şahmat üzrə, Sosial iş fakültəsinin tələbəsi Kənan Xələfov isə dama üzrə qalib olmuşdu. Biznes və iqtisadiyyat fakültəsinin tələbəsi İlqar İskəndərov isə hər iki turnir üzrə ikinciliyi əldə etmişdi.

Turnirin nəticələrinə əsasən I, II və III yeri tutan tələbələrə diplom, yarışın birincilərinə isə kubok təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
12.04.2017

DİGƏR XƏBƏRLƏR