XƏBƏRLƏR

Azərbaycan Universitetinin professoru AMEA-nın müxbir üzvü seçilib

Azərbaycan Universitetinin professoru AMEA-nın müxbir üzvü seçilib

03 may 2017

Baxış sayı: 4693

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Kamran Əliyev folklorşünaslıq ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvlüyünə seçilib. 

Filologiya elmləri doktoru, prof. Kamran İmran oğlu Əliyev Azərbaycan Yazçılıar Birliyinin üzvü, romatik üslubun tədqiqatçısıdır. XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri (1985), Hüseyn Cavidin şəxsiyyəti və poetikası (1997), Mirzə Fətəlidən Hüseyn Cavidə qədər (1998), Cavid möcüzəsi (2002), Azərbaycan reomantizminin poetikası (2002), Azərbaycan romatizminin nəzəriyyəsi (2006), Romatizm və folklor (2006), Теория Азербайджанского романтизма (2006), Hüseyn Cavid: Həyatı və yaradıcılığı (2008), Abbas Zamanov olmasaydı (2011), Eposun poetikası: Dədə Qorqud və Koroğlu (2011), Tənqidin poetikası (2012) monografiyalarının, Ədəbiyat (2010), Azərbaycan dili (2011) dərs vəsaitlərinin, Sədərək Döyüşləri (1992) kitablarının müəllifidir.

2015-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə prof. Kamran Əliyevə AMEA-nın 70 illik yubileyi münasibəti ilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı verilib.

Kamran müəllimi Azərbaycan Universitetinin kollektivi adından AMEA-nın müxbir üzvlüyünə seçilməsi münasibəti ilə təbrik edir, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq! 

İctimaiyyətlə əlaqələr şöbəsi
03.05.2017

DİGƏR XƏBƏRLƏR