
Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib
23.05.2017 2567Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib. Bu il üçüncüsü təşkil olunan tədbidə müxtəlif profilli şirkət və müəssisələr təmsil olunub.
Bank, inşaat, pərakəndə, IT və s. kimi ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlər və dövlət orqanları tələbələrə vakansiya, təcrübə və iş imkanlarını təklif edib, işə qəbul prosesi və mərhələləri haqqında məlumat veriblər.
“Karyerada ilk addım” devizi ilə reallaşdırılan tədbirin məqsədi iş axtarışına başlamaq üzrə olan gənclərlə biznes qurumları və dövlət orqanları arasında vasitəçi olmaqdır.
Tədbirdə təmsil olunan şirkət və dövlət orqanları:
- Vergilər Nazirliyi
- Mərkəzi Bank
- Azersu
- Ata Holdinq
- Synergy Group
- Azersun Holdinq
- Bank BTB
- Sumqayıt Texnologiyalar Parkı (STP)
- Veysəloğlu
- Baku Steel Company və s.
İctimaiyyətlə əlaqələr şöbəsi
23.05.2017