XƏBƏRLƏR

Abituriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib

Abituriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib

03 iyun 2017

Baxış sayı: 3957

Azərbaycan Universiteti “Hədəf Global”ın təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan Universitetlərinin tanıtımı” adlı sərgidə stendlə təmsil olunub. Stendə müraciət edən abituriyentlərə Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib, tanıtım materialları təqdim olunub, suallar cavablandırılıb. Stenddə Azərbaycan Universitetinin nəşrləri də nümayiş olunub.

Tədbirin özəl bölməsində sərgi iştirakçılarına tanıtım – seminar imkanı da yaradılıb. Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev seminarı izləyən abituruyentlər üçün geniş təqdimatla çıxış edib.

Sərgidə Azərbaycan Universiteti ilə yanaşı bir sıra ali təhsil müəssisələri də iştirak edib. Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.06.2017

DİGƏR XƏBƏRLƏR