XƏBƏRLƏR

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib

19 aprel 2016

Baxış sayı: 5052

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (AU TGT) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda açıq səsvermə yolu ilə Sosial iş fakültəsinin II kurs tələbəsi Cavidan Heybətzadə Tələbə Gənclər Təşkilatının yeni sədri seçilib.
Qeyd edək ki, AU TGT 2006-cı ildə təsis olunub. Ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edən təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
AU TGT-nin yeni sədrinə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
19.04.2016

DİGƏR XƏBƏRLƏR