XƏBƏRLƏR

Tələbələr arasında intellektual çempionat keçirilib

Tələbələr arasında intellektual çempionat keçirilib

25 dekabr 2017

Baxış sayı: 5213

Azərbaycan Universitetində tələbələr arasında “breyn-rinq” intellektual oyunu üzrə çempionat keçirilib. Üç turdan ibarət olan çempionatda “DreamTeam” və “Apollon” komandaları mübarizə aparıb. İştirakçılara 1 saat ərzində hər turda 9 sual olmaqla ümumilikdə 27 sual təqdim olunub.

“Apollon” komandası 13 suala doğru cavab verərək birinci yeri tutub. “DreamTeam” komandasının doğru cavablarının sayı isə 7 olub.

Qalib komandaya kubok və pul mükafatı təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı onların intellektual inkişafının təmin olunmasıdır.

“DreamTeam” komandası

  • Ramin Mehdiyev (Biznes və iqtisadiyyat fakültəsi)
  • Əyyub Hacıyev (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
  • Nurlan Məmmədov (Biznes və iqtisadiyyat fakültəsi)
  • Vəli Ələsgərov (Sosial iş fakültəsi)
  • Seyidhəşim Həşimli (Humanitar fənlər fakültəsi)
  • Fəranə Mikayılova (Humanitar fənlər fakültəsi)

 “Apollon” komandası

  • Ruslan Ağakişiyev (Humanitar fənlər fakültəsi)
  • Vüqar Məmmədov (Biznes və iqtisadiyyat fakültəsi)
  • Aytac Əlimirzəyeva (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)
  • Elşən Əhmədov (Sosial iş fakültəsi)
  • Zamin Zəkiyev (Sosial iş fakültəsi)
  • Hikmət Qədirov (İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi)

 İctimaiyyətlə əlaqələr şöbəsi
25.12.2017


DİGƏR XƏBƏRLƏR