XƏBƏRLƏR

Maliyyə və iqtisadiyyat kafedrasında elmi seminar keçirilib

Maliyyə və iqtisadiyyat kafedrasında elmi seminar keçirilib

08 fevral 2018

Baxış sayı: 4274

Azərbaycan Universitetinin Maliyyə və İqtisadiyyat kafedrasında “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” mövzusunda elmi seminar keçirilib. Seminarı kafedranın müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəriman Böyükkişi aparıb. Tədbirdə elmi işlər üzrə prorektor, prof. Yusif Qasımov və Maliyyə və İqtisadiyyat kafedrasının professor-müəllim heyəti iştirak edib.

Tədbirdə qeyd olunub ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində kiçik və orta sahibkarlığın əsas hərəkətverici amilə çevrilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Strateji hədəflərə nail olmaq üçün 2020-ci ilədək 700 milyon manat investisiya xərclənəcəyi gözlənilir ki, nəticədə ölkə iqtisadiyyatında 1.3 milyard manat əlavə dəyər və 35 minə yaxın yeni iş yeri yaradılacaq.

Seminarda Strateji Yol Xəritəsinin əsas hədəfləri, Strateji Yol Xəritəsi çərçivəsində görüləcək tədbirlər,  Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması və fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.02.2018

DİGƏR XƏBƏRLƏR