XƏBƏRLƏR

Azərbaycan Universiteti aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir

Azərbaycan Universiteti aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir

21 fevral 2018

Baxış sayı: 10081

Dekan vəzifəsini tutmaq üçün

Biznes və iqtisadiyyat fakültəsinin dekanı
Humanitar fənlər fakültəsinin dekanı
İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı

Kafedra müdiri vəzifəsini tutmaq üçün

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri
Maliyyə və iqtisadiyyat kafedrasının müdiri
İctimai elmlər kafedrasının müdiri
Riyaziyyat və informatika kafedrasının müdiri
Sosial işin təşkili kafedrasının müdiri
Xarici dillər kafedrasının müdiri

Müsabiqədə iştirak etmək istəyən namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Kadrlar uçotunun şəxsi vərəqəsi
  • Tərcümeyi hal
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri
  • Elmi və elmi-metodiki işlərin siyahısı
  • Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması 

Müsabiqə elan edilən vəzifələrə həm Universitetin professor-müəllim heyəti, həm də digər şəxslər sənəd təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxarıda qeyd olunmuş sənədlər elan verildiyi gündən başlayaraq 1 (bir) ay müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na müvafiq olaraq müsabiqənin keçirilməsi üçün Azərbaycan Universitetinə təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

İctimaiyyətlə əlaqələr şöbəsi
21.02.2018

DİGƏR XƏBƏRLƏR