XƏBƏRLƏR

Azərbaycan Universitetində gün ərzində “Xoca” və “Fəryad” filmləri nümayiş olunub

Azərbaycan Universitetində gün ərzində “Xoca” və “Fəryad” filmləri nümayiş olunub

26 fevral 2018

Baxış sayı: 7033

Azərbaycan Universitetində gün ərzində tələbələr üçün “Xoca” və “Fəryad” filmlərinin nümayişi təşkil olunub. Hər iki film ermənilərin Xocalı şəhərində törətdikləri soyqırımı haqqındadır.

Faktlar əsasında 2012-ci ildə lentə alınan “Xoca” filmində hadisələrin pərdə arxası məqamları ön plana çıxarılır. Filmin rejissoru və ssenari müəllifi Vahid Mustafayevdir.

Rejissor və aktyor Ceyhun Mirzəyevin kinoda son işi olan “Fəryad” filmi də real faktlara əsaslanır. Film 1993-cü ildə lentə alınıb.  

Filmlərin nümayişi Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.02.2018


DİGƏR XƏBƏRLƏR