XƏBƏRLƏR

Vyana səfərinin nəticələri müzakirə olunub

Vyana səfərinin nəticələri müzakirə olunub

02 aprel 2018

Baxış sayı: 4846

Azərbaycan Universitetində “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” PETRA (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsi çərçivəsində Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetində ezamiyyətdə olan nümayəndə heyətinin səfərinin nəticələri müzakirə olunub. Avstriyada 5 günlük intensiv təlim proqramında beynəlxalq təşkilatlarla əməkdaşlıq, Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsi, elmi tədqiqat işlərinin təkmilləşdirilməsinə həsr olunan seminar və konfranslarda, “Azərbaycan və Avstriyada tədqiqat və inkişaf”, “Avropa Birliyinin Horizon 2020 Proqramında iştirak”, “Vyana Tətbiqi Elmlər Universitetində Tədqiqat və İnkişaf”, “Azərbaycanda doktorantura təhsili”, “Erasmis+Nizami” layihəsi mövzularında təqdimatlarda  iştirak edən nümayəndələrimiz - Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Monitorinq və qiymətləndirmə üzrə  mütəxəssis Elçin Cəfərov  və Xarici dillər kafedrasının müəllimi Gülçöhrə Qədirova əldə etdikləri bilikləri tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirdə Azərbaycan Universitetində elmi-tədqiqat işlərinin təşkili və təkmilləşdirilməsi, həmçinin PETRA layihəsi çərçivəsində qurulacaq  təlim və tədris mərkəzinin strategiyası müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Məlumatlandırma  və diskussiya xarakterli görüşdə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov,  fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri və müəllimlər iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.04.2018


DİGƏR XƏBƏRLƏR