XƏBƏRLƏR

V Avropa İqtisadi Konqresi “Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanacaq

V Avropa İqtisadi Konqresi  “Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanacaq

19 fevral 2019

Baxış sayı: 3551

25-27 aprel 2019-cu il tarixlərində Azərbaycan Universitetində keçiriləcək V Avropa İqtisadi Konqresinin hazırlıqları davam edir. Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universiteti ilə birgə keçiriləcək beynəlxalq tədbirin işində iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlərin iştirakı gözlənilir.

Qlobal iqtisadi trendlər mövzusuna fokuslanacaq konqresin dəvətli  məruzəçiləri İtaliyadan Roma Tre Universitetinin professoru Roberto Ciccone, Almaniyadan Oldenburg Universitetinin professoru Hans Michael Trautwein, Türkiyədən İstanbul Ticarət Universitetinin dosenti Vahit Ferhan Benli, Azərbaycandan isə millət vəkili, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadədir.

Bu seriyadan olan əvvəlki tədbirlər  dünyanın müxtəlif ölkələrində təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib. Konqresə məqalələrin qəbulu 25 mart 2019-cu il tarixinə qədər uzadılıb.  Daha ətraflı məlumat üçün konqresin saytına keçid aşağıdadır.

https://ecoei.org/

İctimaiyyətlə əlaqələr şöbəsi
19.02.2019


DİGƏR XƏBƏRLƏR