XƏBƏRLƏR

Rektor Fərid Əhmədov beynəlxalq müsabiqələrin iştirakçıları ilə görüşüb

Rektor Fərid Əhmədov beynəlxalq müsabiqələrin iştirakçıları ilə görüşüb

14 dekabr 2015

Baxış sayı: 8206

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov kompüter mühəndisliyi, kompüter elmləri, riyaziyyat və informatika müəllimliyi və riyaziyyat ixtisasları üzrə təhsil alan və beynəlxalq müsabiqələrin iştirakçıları olan tələbələr ilə görüşüb.
Görüşdə informatika və proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə Azərbaycan Universiteti tələbələrinin iştirakının təmin olunması, onların ingilis dili biliklərinin təkmilləşdirilməsi, tədris prosesinə əcnəbi mütəxəxssislərin cəlb olunması kimi məsələlər müzakirə olunub.
Tədbirdə Riyaziyyat və informatika kafedrasının müəllimi Asif Paşayev də iştirak edib. Tələbələr informatika və proqramlaşdırma üzrə müsabiqələrə Asif Paşayevin rəhbərliyində hazırlaşırlar.
Qeyd edək ki, Azərbaycan Universitetinin Məmməd Kərimli (Kompüter mühəndisliyi, III kurs), Elvin Usubov (Kompüter mühəndisliyi, III kurs) və Nahidə Məmmədovadan (Riyaziyyat və informatika müəllimliyi, IV kurs) ibarət “AU-2” komandası tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsi  və Cənubi Qafqaz Açıq Çempionatında fərqlənmə sertifikatına layiq görülüblər. Müsabiqə, 5 - 7 dekabr 2015-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
14.12.2015

DİGƏR XƏBƏRLƏR