XƏBƏRLƏR

Sosial işin təşkili kafedrası tərəfindən “İcma quruculuğu” təlimi keçirilib

Sosial işin təşkili kafedrası tərəfindən “İcma quruculuğu” təlimi keçirilib

19 aprel 2019

Baxış sayı: 3480

Sosial işin təşkili kafedrası tərəfindən “İcma quruculuğu” mövzusunda praktik təlim keçirilib.

Tədbirdə moderator, kafedranın baş müəllimi Tünzalə Verdiyeva icma səfərbərliyinin mərhələli həyata keçirilməsi prosesində sosial işçinin rolu, yerli icmaların təşkili, icmadaxili və icmalararası inteqrasiya, icma şəbəkələrinin təşkili haqqında çıxış edib.

Təlim mövzu ətrafında müzakirələrlə davam edib, iştirakçıların problemlərin həlli yolları barədə təklifləri dinlənilib.

Daha sonra “İnsan məskən salır” mövzusunda psixo-drama keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.04.2019


DİGƏR XƏBƏRLƏR